Şəkil 3-də tədris çertyojları üçün əsas yazı və spesifikasiya verilmişdir.
Şəkil 3. Tədris çertyojları üçün əsas yazı və spesifikasiya
Spesifikasiyada detala verilmiş mövqenin nömrəsi çertyojda müvafiq təsvirlərin yanında yazılır. Onlar rəqəmaltı xətlər üzərində yazılır, rəqəmaltı xətlərdən detalın təsvirlərində nöqtə ilə qurtaran maili, kənara çıxarılan xətlər çəkilir. Rəqəmaltı xətlər və kənara çıxarılan xətlər bütöv nazik xətlərlə çəkilir.
Detalın təsvirini tapmaq üçün spesifikasiyada onun nömrəsi müəyyən edilir, həmin nömrə çertyojda axtarılır və kənara çıxarılan xəttin sonunda lazım olan təsvir tapılır.
Məmulat, detal, yığma vahidlər, kompleks, komplekt, ümumi təyinatlı detal, xüsusi detallar, standart detallar, yığma çertyoju, yumruqcuqlu mexanizm, fırlanma hərəkəti, irəli-geri hərəkət, yumruqcuq, itələyici, valcıq, spesifikasiya. |
Özünüyoxlama sualları |