Şəkil 2. Yumruqcuqlu mexanizmin yığma çertyoju
Spesifikasiya A4 formatlı ayrıca vərəqlərdə yerinə yetirilir. Tədris çertyojlarında və A4 formatlı çertyojlarda əsas yazının üstündə yerləşdirilir.
Spesifikasiyanın birinci sütununda məmulata daxil olan detalların sıra nömrəsi (mövqeyi) göstərilir. Nömrələr yuxarıdan aşağıya doğru yazılır.
İkinci sütunda detalın adı yazılır. Standartlaşdırılmış detalların işarəsi elə burada göstərilir. Məsələn, 6-cı mövqedə yazılmışdır: “Vint M4X10” (şəkil 2).
Üçüncü sütunda məmulata daxil olan detalların sayı göstərilir. Dördüncü sütunda detalın hazırlandığı materialın markası yazılır (istehsalat çertyojlarında bu sütun olmur).
“Qeyd” sütunu əlavə məlumatlar üçündür.