Texnikada yumruqcuqlu mexanizmlər (şəkil 1) çevirici qurğular qrupuna daxildir. Onların əsas təyinatı hərəkətin xarakterini dəyişdirməkdən ibarətdir.
Müasir dövrdə fırlanma hərəkətinin irəli-geri hərəkətə çevrilməsini təmin edən yumruqcuqlu mexanizmlər daha çox yayılmışdır.
Yumruqcuqlu mexanizmlərin əsas elementlərini müəyyən qayda ilə öz oxu ətrafında fırlanan fiqurlu yumruqcuq (4) və irəli-geri hərəkət edən itələyici (5) təşkil edir.
Yumruqcuq itələyiciyə irəli-geri hərəkət vermək üçün nəzərdə tutulmuşdur. Bu proses aşağıdakı kimi həyata keçirilir: tutqacın (2) köməyi ilə fırlanma valcıq (3) vasitəsilə yumruqcuğa (4) ötürülür. Yumruqcuq oval şəkildə olduğundan, o, düz istiqamətdə hərəkət edən itələyicini hərəkətə gətirir.
Yumruqcuqlu mexanizmin normal işləməsinin mütləq şərti itələyicinin və yumruqcuğun daima bir-birinə toxunmasıdır. Yumruqcuğun fasiləsiz hərəkəti zamanı itələyici fasiləli irəliləmə hərəkəti edir.
Yumruqcuqlu mexanizmin yığma çertyojunu nəzərdən keçirək (şəkil 2).
Şəkil 2-də A oxu boyunca görünüş verilmişdir. O, tutqacın formasını aydınlaşdırır.
Yığma çertyojlarına, adətən, kəsimlər və kəsiklər daxildir. Bunlar məmulatın quruluşunu meydana çıxarmağa kömək edir. Kəsik — cismin fikrən bir və ya bir neçə müstəvi tərəfindən yarılmasının təviridir.
Kəsim — kəsikdən fərqli olaraq, cismin müstəvi (müstəvilər) tərəfindən kəsilməsi nəticəsində müstəvinin (müstəvilərin) arxasında olan hissələrin görüntüsü olmadan yaranan fiqurun təsviridir.
Şəkil 2-də yumruqcuq (4) kəsimdə göstərilmişdir. Yerli kəsimlər itələyicinin (5) dayaqla (1), tutqacla (2) və valcıqla (3), eləcə də valcığın yumruqcuqla birləşdirilmə üsullarını aydınlaşdırır.
Kənara çıxarılan kəsik sərtlik tili olan dayağın formasını aydınlaşdırır.
Yığma çertyojda da aşağı sağ küncdə spesifikasiya yerləşdirilir. Burada məmulatın adı və ona aid olan başqa məlumatlar göstərilir.
Yığma nümunəsinə (çertyojuna) daxil olan detalların adını necə müəyyənləşdirmək olar? |
Spesifikasiya. Spesifikasiya məmulata daxil olan detallar haqqında əsas məmulatları əks etdirən cədvəldir.