14-cü mövzu |
MÜXTƏLİF BİRLƏŞMƏLƏRİ OLAN
|
Dünyada bizi əhatə edən çox sayda məmulat var.
Məmulat nəyə deyilir? |
Müəssisələrdə istehsal olunan əşya və ya əşyalar yığımı məmulat adlanır.
Məmulatların aşağıdakı növləri mövcuddur: a) detallar (məsələn, vintaçan, şalban və s.); b) yığma vahidləri (məsələn, televiziya cihazı, ətçəkən, şirəsıxan cihaz və s.); c) komplekslər (məsələn, avtomatlaşdırılmış avtomobil yığma xətti, limonad zavodunun arasıkəsilməz xətti, kosmik stansiya və s.); ç) komplektlər (məsələn, avtomobil üçün ehtiyat hissələri komplekti, tikiş maşını üçün ehtiyat hissələri komplekti, televizor üçün ləvazimatlar komplekti).
Yığma vahidi hazırlayıcı müəssisədə tərkib hissələri öz aralarında yığma əməliyyatları ilə (vintləmə, qaynaq, lehimləmə, yapışdırma, pərçimləmə ilə və s.) birləşdirilən məmulatdır. Məsələn: telefon aparatı, video cihazı, torna dəzgahı, motosiklet və s.
Yığma vahidi ümumi təyinatlı, xüsusi və standart detallardan ibarət ola bilər.
Ən müxtəlif maşınların tərkibinə daxil olan və eyni funksiyanı yerinə yetirən detallar ümumi təyinatlı detallar adlanır (dişli çarxlar, qasnaqlar).
Ancaq bəzi maşınlarda rast gəlinən detallar xüsusi detallar adlanır (tikiş maşınının pəncəsi, metalkəsən dəzgahların şpindeli). Xüsusi detallar, eyni zamanda orijinal ola bilərlər.
Orijinal detallara yığma vahidləri tərkibinə daxil olan məişət texnikası məmulatları aiddir. Bunlara stolüstü lampaların abajurları1, divardan asılan çıraqların detalları, divar və qol saatlarının gövdəsi, eləcə də müasir minik avtomobillərinin kuzovu və s. daxildir..
Yığma vahidləri daxil olan standart detallara bərkidici detallar (boltlar, vintlər, qaykalar və s.), diyircəkli yastıqlar və s. aiddir.
Yığma çertyoju iki və daha çox detaldan, onun yığılması (hazırlanması) və ona nəzarət məmulatlarından, yığma vahidlərinin təsvirindən ibarət konstruktor sənədidir.
Yığma çertyojunda müxtəlif birləşmələri olan məmulat ona daxil olan bütün detallardan yığılmış şəkildə təsvir olunur. İstehsalatda hər bir detalı əvvəlcə çertyoja görə hazırlayırlar. Bundan sonra yığma çertyoju üzrə onlardan məmulatı yığırlar.
1Abajur — lampa üçün qalpaq. Gözləri işıq mənbəyinin qamaşdırıcı təsirindən qoruyur.