Bəzən ilk baxışda əhəmiyyətsiz olan əşyalar yerləşdirilərkən elə bir ahəngdarlıq və tarazlıq yarana bilər ki, onun köməyi ilə ətrafdakılar sizin kiçik mənzilinizdəki interyerin tərtib edilməsində olan yaradıcılıq qabiliyyətinizi qiymətləndirə bilərlər.
İnteryer, interyerin keyfiyyəti, funksional keyfiyyətlər, estetik keyfiyyətlər, gigiyenik keyfiyyətlər, interyerin dekorativliyi. |
Özünüyoxlama sualları |
PRAKTİK İŞ |
Mənzilin interyerinin formalaşdırılması
Resurslar: dərslik, dəftər, karandaş, xətkeş, üçbucaq, pozan
Tapşırıq 1. Yaşadığınız mənzili təhlil edin və onun interyerinin yenilənməsinə ehtiyac olub-olmadığını müəyyənləşdirin.
Tapşırıq 2. Xəyalınızdakı interyerin şəklini çəkin.
I qrup. Dəftərdə qonaq otağının interyerini çəkin.
II qrup. Dəftərdə yataq otağının interyerini çəkin.
III qrup. Dəftərdə uşaq otağının interyerini çəkin.
IV qrup. Dəftərdə mətbəxin interyerini çəkin.