13-cü |
YAŞAYIŞ YERİNİN İNTERYERİNİN
|
Hamı yaxşı şəraiti olan rahat mənzildə yaşamağı arzulayır. Bu rahatlığı hər birimiz öz mənzilimizdə şəxsi zövqümüzlə yaratmalıyıq.
Bəzən mənzildə yaradılan interyer nəticəsində rahatlığımızın pozulması riski ilə də üzləşirik.
İnteryer nədir? |
İnsanın sağlamlığının və iş qabiliyyətinin qorunmasında yaşadığı mənzilin interyerinin böyük əhəmiyyəti var.
İnteryer mənzilin memarlıq və bədii üslub baxımından işlənmiş da- xili sahəsidir.
Mənzilin interyerinə yaşayış yerlərinin daxili sahəsi, onların əlaqəsi, planlaşdırma işlərinin həlli, mebel və avadanlıq, dekorativ bəzək daxildir.
Mənzil işıqlı, quru, isti və kifayət qədər geniş olmalıdır. Əşyaların qalaq-qalaq yığılması yaşayış yerinin səliqəsizliyinə gətirib çıxarır. Evinizin interyerinə diqqətlə baxın, valideynləriniz və bütün ailə üzvlərinizlə məsləhətləşərək gündəlik həyatda lazım olmayan şeyləri müəyyənləşdirin.
Yaşayış yerində bəzək genişlik təəssüratı, işıq və hava bolluğu, təmizlik və təravət hissi yaratmalıdır. Kiçik otaqlarda yumşaq mebelləri (divanı, kresloları) birrəngli və ya xırdabəzəkli xüsusi örtüklərlə üzləmək məsləhət görülür.
İnteryerin keyfiyyəti, ayrı-ayrı otaqların, dəhlizlərin, eyvanın, mətbəxin və vanna otağının rahatlığı subyektiv anlayışdır. Rəng, mebelin gözəlliyi, yaşayış sahəsindən istifadə imkanları və beləliklə də, interyerin keyfiyyəti haqqında hər kəsin tamamilə müxtəlif təəssüratı ola bilər. Lakin şəxsi fikirlərdən fərqli olan ümumi təəssüratlar da var.
Otağın interyerinin mebellə təchizini, istirahət və ya məşğuliyyət yerini tərtib edərək mənzili abadlaşdırdıqda üç başlıca məsələni - interyerin funksional, estetik və gigiyenik keyfiyyətlərini kompleks şə- kildə həll etmək lazımdır.
Bu vəzifələrin hər biri ayrılıqda nədən ibarətdir? |
İnteryerin funksional keyfiyyətləri məişət proseslərinin normal həyata keçirilməsi şərtlərini müəyyənləşdirir. Təchiz və tərtib edilmiş sahələr, ilk növbədə, şəxsi və kollektiv istirahət, şəxsi gigiyena, yuxu, qidalanma, oxuma, həvəskar məşğuliyyət zamanı ailənin maraqlarına xidmət etməlidir. İstifadədə praktiklik və elementar rahatlıq yaşayış sahəsinin başlıca keyfiyyətidir.