Bundan sonra yaxşı olar ki, bütün detallara hava üfürülsün (velosiped nasosu ilə) və onlar qurudulsun.
Bir-birinə nəzərən heç nəyin tərpənməməsinə səy göstərərək mexanizmin bütün sürtünən detalları yağlanır. Əks halda detalların ayrılıqda necə işləməsi incəliklərini bilmədən kilidləri işləməyə məcbur etdirmək çətin ola bilər. Əks qaydada furnitur pəncərə layına taxılır və şuruplar bərkidilir, dəstək yerinə qoyulur.
Çərçivədə olan həncama detalları yağlanır (şəkil 7) və pəncərə layı yerinə asılır. Əvvəlcə pəncərə layı altdakı həncama ştokuna taxılır. Sonra üstdəki həncama detalları uyğunlaşdırılır və ona ox taxılır, həncamaya dekor geydirilir.
Əgər bütün əməliyyat kifayət qədər səliqəli yerinə yetirilmişdirsə, onda aparılan təmiri müvəffəqiyyətli hesab etmək olar.
Plastik kütlədən pəncərə, şüşə paketi, çərçivə, impost, pəncərə layı, furnitur, yan səth, pəncərəaltı, sıxlaşdırıcı, pəncərə yaşmağı. |
Özünüyoxlama sualları |