Armaturlaşdırma pəncərənin bütün perimetri boyunca yerinə yetirilir. Bu üsul küləyin təsirinə qarşı lazımi sərtliyi və dözümlülüyü təmin edir.
İmpost (şəkil 1 (3)) - pəncərənin bir neçə hissəyə bölünməsi və pəncərənin əsas konstruktiv hissələrinin - çərçivə ilə pəncərə layının bir arada birləşdirilməsi üçün vacibdir. Şaquli impostlarla yanaşı, pəncərə çərçivəsini uzununa bölən üfüqi impostlar da mövcuddur.
Pəncərə layı (şəkil 2 (5)) - plastik kütlədən olan pəncərənin çərçivəyə birləşdirilən şüşə paket və metal-plastik profildən ibarət hərəkətli hissəsidir.
Pəncərə layı pəncərənin açılmasına imkan verir. Eləcə də pəncərə layı bütöv, yəni açılmayan ola bilər. Pəncərəyə qoyulan furniturdan asılı olaraq, pəncərə layı dönən və ya qatlanan-dönən olur.
Furnitur (şəkil 1 (5)) - plastik kütlədən olan pəncərənin açılmasını, bağlanmasını, təsbit edilməsini və kilidlənməsini təmin edən mexanizmlər sistemidir. Furnitur pəncərənin idarə olunmasının rahatlığını təmin edir.
Maili səth (şəkil 1 (6)) - pəncərə yerinin yan səthidir. Maili səth pəncərənin daxili səthinin bəzəyidir və pəncərə qoyulduqdan sonra yerinə yetirilir.
Pəncərəaltı (şəkil 1 (7)) - otağın içindən pəncərə blokuna daxil olunan elementdir. Plastik kütlədən olan pəncərəaltı yüksək temperatura və cızılmalara qarşı böyük davamlılığa malik olan xüsusi melominli pərdə ilə örtülür.
Sıxlaşdırıcı (şəkil 2 (8)) - plastik kütlədən olan pəncərənin hərəkətsiz və açılan hissələri arasında yerləşdirilən, onu rütubət, toz və səs-küydən qoruyan, xüsusi elastik materialdan hazırlanmış profildir.
Plastik kütlədən hazırlanmış pəncərələr çox etibarlı və davamlıdır. Bütün bunlarla yanaşı, pəncərə bəzən kip bağlanır və ya heç bağlanmır.
Belə vəziyyətdə olan pəncərəni necə təmir etmək olar? |
Qeyd etmək lazımdır ki, buna səbəb pəncərənin kilidləyici furniturunun çirklənməsidir. Plastik kütlədən olan pəncərələrə vaxtaşırı qulluq edilmədikdə belə hallarla çox qarşılaşmaq olar.
Əgər minimal çilingərlik bacarığımız olarsa, plastik kütlədən olan pəncərəni öz əllərimizlə təmir edə bilərik. Bunun üçün əl altında aşağıdakı alətlər olmalıdır: iki ədəd vintaçan, yastıağız kəlbətin, velosiped nasosu, yumşaq fırça, ağ neft və PVX-dən olan pəncərələr üçün xüsusi yağ. Əgər belə yağ yoxdursa, aşqarsız avtomobil yağından istifadə etmək olar.
Plastik kütlədən olan pəncərələrin təmiri texnologiyası:
1. Həncamalardan plastik kütlədən olan dekorativ qapaqlar çıxarılır (şəkil 3).