Şəkil 1. Plastik kütlədən
olan pəncərə və onun hissələri:
1) şüşə paketi; 2) çərçivə;
3) impost; 4) pəncərə layı;
5) furnitur; 6) maili səth;
7) pəncərəaltı; 8) sıxlaşdırıcı
Şəkil 2. Plastik kütlədən
pəncərə kəsiyi:
1) şüşə paketi;
2) alüminium çərçivə;
3) pəncərə çərçivəsi;
4) çərçivənin armaturlaşdırılmış profili;
5) pəncərə layı;
6) pəncərə yaşmağı;
7) pəncərə altı;
8) sıxlaşdırıcı
1 Mastika — xüsusi silikon maddə
Şüşə paketində şüşələr arasında molekulyar ələk - doldurulmuş deşikləri olan nazik alüminium çərçivə (2) var. Molekulyar ələk rütubəti udaraq şüşələri tərləmədən qoruyur. Şüşələr arasından, həmçinin uzunmüddətli istifadəyə hesablanmış bir neçə sıra sıxlaşdırıcı keçir. Şüşə paketi ya quru hava ilə, ya da arqon qazı ilə doldurulur ki, bu da pəncərənin istilikqoruma xassəsini xeyli yaxşılaşdırır. Daxilə rütubətin və tozun düşməməsi üçün hazır şüşə paketi bütün perimetri boyu mastika1 ilə örtülür. Şüşə paketi sayəsində plastik kütlədən olan pəncərə qoruma, istiliyi izolyasiyaetmə, səs-küydən, rütubətdən və tozdan qoruma kimi üstünlüklərə malikdir.
Pəncərə yaşmağı (şəkil 2 (6)) - şüşə paketini təsbit etmək üçün pəncərə layında hermetik olaraq möhkəmləndirir.
PVX-dən olan hər hansı pəncərənin başlıca tərkib hissəsini pəncərənin hərəkətsiz elementi olan pəncərə çərçivəsi (şəkil 2 (3)) təşkil edir.
Pəncərə yerində bərkidilən çərçivə qutusu çox sayda kamerası olan profillərdən quraşdırılır. Hər bir pəncərə fərdi parametrə malikdir ki, bu səbəbdən də ona uyğun profil sifarişlə hazırlanır. Plastik kütlədən olan pəncərə çərçivəsi şüşə paketli pəncərə layları üçün bünövrə rolunu oynadığı üçün ən yüksək sərtlik tələblərinə cavab verməlidir. Plastik kütlədən olan pəncərə çərçivəsinin sərtliyi onun daxilindəki armaturlaşdırılmış metal profildən (şəkil 2 (4)) asılıdır.