Şəkil 5. a) polikarbonat;
b) polikarbonat kreslo; c) polikarbonat çamadanlar
Polivinilxlorid (PVX) (şəkil 6, a). O, ağ rəngdə plastik kütlədir.
Polivinilxlorid - boru, nazik təbəqə, polivinilxlorid liflər, ayaqqabı plastikatları, linoleum, mebel haşiyələri və s. istehsalında tətbiq olunur. Eləcə də PVX-nin tətbiq dairəsinə qrammofon valları, pəncərə və qapı, genişçeşidli naqil və kabellər üçün büzmələnmiş boru istehsalı daxildir (şəkil 6, b, c).
Şəkil 6. a) polivinilxlorid (PVX);
b) PVX pəncərə kəsiyi; c) PVX borular
Plastik kütlədən olan məmulatların bütün müsbət cəhətlərinə baxmayaraq, onlardan istifadədə ehtiyatlı olmaq lazımdır. Çünki plastik kütlənin bəzi növləri insan və ətraf mühit üçün ziyanlı ola bilər. Plastik kütlənin zərərli təsirindən qorunmaq üçün bu materialdan tamamilə imtina etmək lazım deyil. Sadəcə, doğru seçim etmək, yəni təhlükəli plastik kütlə növlərindən hazırlanmış məmulatları istifadədən kənarlaşdırmaq lazımdır.
Plastik kütlə, polimerlər, xətti polimerlər, torvari polimerlər, şaxəli polimerlər, polietilen, polipropilen, polistirol, polikarbonat, polivinilxlorid. |