Silikon quruduqca şüşələri adi zamazka ilə örtmək lazımdır.
Əgər şüşələr şüşə bərkidiciləri ilə möhkəmləndirilibsə, onları əvvəlcədən boyamaq lazımdır.
Pəncərə şüşələndikdən sonra furniturlar quraşdırılır.
|
Ağacdan hazırlanmış pəncərə çərçivəsinin təmiri və quraşdırılması zamanı təhlükəsizlik qaydaları |
- Yaxşı işıqlandırmanı təmin edin, əks halda zədələnmək ehtimalı böyükdür.
- Böyük əşyalarla işləmək üçün möhkəm masa və ya kifayət qədər boş yer düzəldin.
- Mexaniki təmizləmə zamanı tamasanı, tircikləri, çərçivə detal- larını sıxmaq üçün məngənədən istifadə edin.
- Quru boya hissələri çox iti olduğu üçün onları təmizləyərkən qoruyucu eynək taxın.
- Pəncərənin təmiri zamanı mütləq respiratordan istifadə edin. O, toz, yanıq iyi və hislə, eləcə də zərərli kimyəvi birləşmələrlə işləmək üçün əvəzedilməz vasitədir.
- Bundan başqa, yaxşı olar ki, detalların və ya alətlərin mümkün düşmə yerini qırmızı rəngdə lentlə (inşaat supermarketlərində satılır) və ya üzərindən qırmızı parça asılmış iplə çəpərləyərək təhlükəli sahəni qeyd edəsiniz.
- Təmir işlərini texniki əlcəklərdən istifadə edərək yerinə yetirin.
|
Ağacdan hazırlanmış pəncərə, furnıtur, termik təmizləmə, kimyəvi təmizləmə, inşaat feni, rəngsaz malası, yuyucu məhlul, ağac mıx, qaşıyıcı. |
|
Özünüyoxlama sualları |
- Ağacdan hazırlanmış pəncərə hansı üstünlüklərə malikdir?
- Köhnəlmiş pəncərənin hansı əlamətləri var?
- Pəncərəni sökdükdə nəyə fikir vermək lazımdır?
- Pəncərə boyadan hansı üsullarla təmizlənir?
- Boyanın çərçivədən termik üsulla çıxarılması texnologiyası nədən ibarətdir?
- Çərçivə kimyəvi üsulla necə təmizlənir?
- Çərçivə nə üçün əlif yağı ilə örtülür?
- Çərçivənin küncləri necə bəndlənir?
- Pəncərə çərçivəsinin zamaskalanması və cilalanması necə yerinə yetirilir?
- Pəncərə şüşəsi boya ləkəsindən hansı alətlə təmizlənir?
- Ağacdan hazırlanmış pəncərə çərçivəsinin təmiri və quraşdırılması zamanı hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır?