Pəncərə üçün zamaska hazır məhsul halında satılır. Zamaska ev şəraitində də hazırlanır. Bunun üçün 3 hissə taxta kəpəyini 1 hissə pəncərə üçün xüsusi yapışqanla qarışdırmaq lazımdır. Hazırlanma texnologiyası sadədir, lakin qarışıq tez quruduğundan, onu az porsiyalarla cəld qarışdıraraq hazırlamaq lazımdır.
Belə zamaskanın əsasını yapışqan təşkil etdiyindən o tez quruyur. Qurumuş və bərkimiş zamaskalı səth xırda dənəli sumbata kağızı ilə cilalanır.
6. Cilalandıqdan sonra pəncərə çərçivəsi rənglənir. Boyamaq üçün yağlı və ya akril boyalardan1 istifadə edilir.
Yağlı boya uzun müddət qalır, lakin gec quruyur, akril boya isə əksinə.
Əvvəlcədən boyanı qarışdırmaq lazımdır, çünki çox qatı boya ağaca hopmur və bəzi hallarda axıntı əmələ gətirir. Yaxşı olar ki, boya bir qədər duru olsun və bir neçə qat çəkilsin.
Əgər pəncərə şüşəsi çıxarılmayıbsa, bu zaman onu yapışqanlı rəngsaz lenti ilə çirklənmədən qorumaq məsləhətdir (şəkil 7).
Birinci qat çəkilmiş boya oduncağa hopmalıdır. O yaxşı quruduqdan sonra ikinci qat boyanı çəkmək olar. Rəngləməyə pəncərənin içəriyə baxan hissəsindən başlamaq lazımdır.
Rənglədikdən sonra yapışqanlı lent çıxarılır (boya qurumamış). Əgər şüşənin üzərində rəng izləri olarsa, qaşıyıcı alət və ya ülgüclə kənarlaşdırılır (şəkil 8).
7. Sonuncu mərhələ pəncərənin şüşələnməsidir. Şüşələmədən əvvəl daxili künclərə akvarium üçün olan nazik və uzun silikon yapışqanı sıxılaraq çəkilir. Şüşə mismarlar vasitəsilə bərkidildikdən sonra silikon axıntıları sirkədə isladılmış əsgi ilə təmizlənir. Mismarların üzərindəki silikonu silmək lazım deyil. O mismarları korroziyadan qoruyur.
1 Akril boya — poliakrilatlar (əsasən metil, etil və butil akrilatların polimer ləri) əsasında suya dağılmış boyadır. Ondan daxili və xarici işlər üçün inşaatda və rəssamlıq işlərində istifadə olunur.