Boyanı kimyəvi üsulla çıxarmaq üçün yuyucu məhlul lazımdır. İstənilən təsərrüfat və ya inşaat mağazasında belə yuyucu məhlulu əldə etmək mümkündür. Bu məhlul pəncərə çərçivəsinə adi rəngsaz fırçası ilə çəkilir.
Məhlul çəkiləndən 20-30 dəqiqə keçdikdən sonra rəngsaz malası ilə köhnəlmiş boyanı pəncərə çərçivəsinin səthindən çıxarmaq olar. Amma texniki mayelərdən istifadənin öz çətinlikləri var. Bu mayelər kifayət qədər zəhərlidir və dəri üzərinə düşdükdə bəzi fəsadlar yaradır. Odur ki kimyəvi aktiv maddələrlə birbaşa təmasda olmaq üçün termik üsulu seçmək lazımdır. Boya çıxarıldıqdan sonra çərçivə şəkil 3-də göstərildiyi kimi olacaq.
Boya qalıqları sumbata kağızı və ya cilalayıcı alətlə kənarlaşdırılır (şəkil 4).
3. İşin sonrakı mərhələsi əlif yağı hopdurmadır. Bu mərhələnin əsas məqsədi sonradan istilik və ya kimyəvi üsulla məhv edilmiş çürüntü rüşeymlərinin təkrar inkişafının qarşısını almaq və köhnəlmiş oduncağın quruluşunu mümkün olduğu qədər bərpa etməkdir.
Detallara hər tərəfdən fırça ilə 3-4 dəfə cəld hərəkətlə əlif yağı vurulur. Hər sonrakı qat əvvəlki tam hopduqdan sonra çəkilir.
4. İşin sonrakı mərhələsi pəncərənin bərpa edilməsidir.
Pəncərənin quruluşunun vacib elementi onu künclərdən bəndləyən ağac mıxlardır (şəkil 5).
Ağac mıxlar emal üçün yararlı istənilən düzsəthli oduncaqdan tacvarı burğu1 ilə burğulanaraq deşilir (şəkil 6). Burğulamanı şəkildə göstərildiyi kimi liflərin eninə yerinə yetirmək lazımdır. Ağac mıxın diametri geydiriləcəyi deşiyin diametrindən 0,5-0,7 mm böyük olmalıdır.
5. Sonrakı mərhələdə pəncərə çərçivələri diqqətlə zamaskalanır - oyuqlar, yarıqlar və cızıqlar örtülür.
1 Tacvari burğu — müxtəlifölçülü dəliklər açmaq üçün nəzərdə tutulmuş, içi boş silindr şəklində burğu