7. Məftilin əvvəlcə birinci ucunu əl ilə səliqə ilə üzüyün ətrafında eşin. Məftilin ikinci ucunu da iki burum dolayın və sonra eyni qaydada eşin (şəkil 10).
8. Alınan pəstahı çəkiclə yastılayın (şəkil 11).
9. Drel vasitəsi ilə balıqqulağının üst hissəsində iki, alt hissəsində isə üç simmetrik kiçikölçülü deşik açın (şəkil 12).
10. Açılmış deşiklərə ağ sap keçirin. Balıqqulağının alt kənar deşiklərindən iki ədəd mavi rəngli, kiçik şüşə gözmuncuğu asın (şəkil 13).
11. Balıqqulağının üst deşiklərində olan sapları məftilin burulmuş uclarına bağlayın (şəkil 14).
12. Məftildəki halqalara və balıqqulağının aşağı orta deşiyinə qırmızı rəngli ipək qotaz bağlayın (şəkil 15).