Mərhələlər üzrə asma bəzəyin hazırlanma texnologiyası:
1. Kiçik mis məftil parçası kəsin və onun mərkəzini tapın. Məftili elə əyin ki, ilgək alınsın (şəkil 4).
2. Məftilin uclarından tutun və bir-birinə əks istiqamətdə aralayın. Bu zaman ortada kiçik ilgək yaranmalıdır (şəkil 5).
3. Bir əlinizlə ilgəyi möhkəm tutun, o biri əlinizlə məftilin uclarından tutaraq onları müxtəlif istiqamətlərdə aralayın. İlgəyi səliqə ilə çevirin və məftili eşin (şəkil 6).
4. Kiçik bir hissəni burun. Burugun bərabər ölçülü olması üçün onu yoxlayın, düzəldin və məftilin uclarını müxtəlif tərəflərə aralayın (şəkil 7).
5. Girdəagız kəlbətinlə məftilin ucunu sıxın və burun (şəkil 8).
6. Məftilin burulmuş ucunu halqa alınana qədər yavaş-yavaş əyin (şəkil 9).