Gümüşləmə zamanı istifadə olunan gümüşün əsas xassələri bunlardır: elektrik ötürücülüyü, əksetmə qabiliyyəti, xarici təsirlərə davamlılığı.
Metalların gümüşləndirilməsi nəinki metal detalların sökülən yerlərinin, dəyişdirici açarların, kontaktların texniki cəhətdən korroziyaya qarşı müdafiəsini möhkəmləndirilməsi, eləcə də metal bəzək əşyalarının, qab-qacağın və s. dekorlaşdırılması üçün tətbiq edilir. Gümüşləmənin əksetmə qabiliyyətindən optik cihazların, fənərlərin, projektorların1 istehsalında istifadə olunur. Gümüş qələvili maddələrin təsirinə qarşı davamlı olsa da, kükürdə qarşı əks reaksiyalıdır: əgər havada kükürd qarışıqları olarsa, bu zaman gümüş qaralır.
Xromdan istifadə edərək müxtəlif metal məmulatları xromlamaq olar.
Xromlama - polad məmulatların səthinə xromun diffuziya2 edilməsidir və ya elektrik cərəyanının elektrolitə təsiri nəticəsində detalın səthinə xrom təbəqəsinin çökməsi prosesidir. Xrom təbəqəsi dekorativ məqsədlərlə - korroziyadan qorunmağı təmin etmək və ya səthin möhkəmliyini artırmaq üçün səthə çəkilə bilər (şəkil 5).
Şəkil 5. Xromlanmış məmulatlar
Metal səthlərin xromlama texnologiyası nədən ibarətdir? |
Xromlamaya məruz qalan detal, bir qayda olaraq, aşağıdakı mərhələləri keçir: güclü çirklənməni kənarlaşdırmaq üçün təmizləmə;
1 Projektor — güclü işıq verən aynalı cihaz
2 Diffuziya — molekulyar hərəkət nəticəsində maddələrin tədricən qarışması