Şəkil 2. Qızılsuyuna salınmış məmulatlar
Əgər alüminium məmulatın səthində sıx və qalın oksid təbəqəsi yaradılarsa, bu alüminiumun anodlaşdırılması prosesində alınan sonrakı korroziyanı əngəlləyər.
Mexaniki cəhətdən ən möhkəm və davamlı təbəqə alüminiumun aşağı temperaturda naziktəbəqəli anodlaşdırılması zamanı əldə edilir (şəkil 1).
Anodlaşdırma (sinonimlər: anod oksidləşdirməsi, anod turşuması) - elektroliz yolu ilə bəzi metalların və ərintilərin səthində oksid təbəqəsinin yaranma prosesidir.
Qızılsuyunasalma - məmulatın səthinə dekorativlik, qoruyuculuq və ya dekorativ-qoruyuculuq məqsədilə nazik qızıl təbəqəsinin çəkilməsidir (şəkil 2).
Qızılsuyunasalmanın bir neçə növü var: odlu qızılsuyunasalma, yağ əsasda qızılsuyunasalma, poliment1 üzərinə qızılsuyuçəkmə.
Odlu qızılsuyunasalma - ən qədim qızılsuyunasalma texnikası hesab olunur. Bu üsul bir zamanlar qovrulmuş qızıl adı daşıyırdı. Bu üsul özlüyündə civədə həll edilmiş yüksək keyfiyyətli qızılın civənin (amalqamanın2) tam buxarlanmasına qədər deşilməsindən ibarətdir.
Bu üsulla işlənmiş məmulat korroziyaya qarşı yüksək dözümlülük nümayiş etdirir. Çatışmayan cəhəti isə çox zəhərli olmasıdır.
Yağ əsasda qızılsuyunasalma - metal (abidələrin, hasarların, günbəzlərin, qurğuşundan olan fiqurların), gips və daş səthlərin qızılsuyuna salınmasında, eləcə də interyer zərlənməsində istifadə olunur.
Poliment üzərinə qızılsuyuçəkmə - ağac səthlərinin (ikonaların3, çərçivələrin) qızılsuyuna salınmasında və ancaq interyerin zərlənməsində tətbiq olunur.
XVIII əsräə polimenti qırmızı gil, sabun, mum, balina piyi və yumurta ağından hazırlayırdılar. Polimentin kəskin qırmızı-qəhvəyi rəng alması üçün eyni səth onunla iki-üç dəfə rənglənir.
1 Poliment — pardaxlamadan əvvəl taxtaya çəkilən rəng, boya
2 Amalqama — civə ilə bəzi metalların ərintisi
3 İkona — xristianlarda Allahın, yaxud övliyaların şəkli