|
Təhlükəsizlik və sanitariya qaydaları |
- Ancaq saz alətlə işləyin.
- Məmulatın səthini cilalayarkən barmaqlarınızı yaralamamaq üçün tilişkə və iti kənarlardan qoruyun.
- Məmulatları lakladıqda və ya boyadıqda yanğın əleyhinə təhlükəsizlik qaydalarına riayət edin.
- Laklama və rəngləmə əməliyyatlarını havası daim dəyişdirilən yerdə yerinə yetirin.
- Əllərin və geyimin təmizliyinə nəzarət edin.
- Əlləri həlledicilərlə təmizləyin. Bu məqsədlə ağ neft, skipidar və ya xüsusi vasitələrdən istifadə edin.
|
Korroziya, detalın kənarlarının təmizlənməsi, detalların cilalanması, laklama və rəngləmə, oksidləşmə, rifləmə, aşınma, respirator, çekan. |
|
Özünüyoxlama sualları |
- Metalın bəzədilməsi dedikdə nə başa düşürsünüz?
- Qara metalın bəzədilməsi üsulları hansılardır?
- Metalın kənarının və səthinin təmizlənməsi necə həyata keçirilir?
- Cilalama əməliyyatı necə yerinə yetirilir?
- Metal hansı üsullarla rənglənir və ya laklanır?
- Metalın oksidləşdirilməsi necə yerinə yetirilir?
- Metal səthinin riflənməsi nə deməkdir?
- Rifləmə hansı alətlərlə yerinə yetirilir?
- Rifləmə texnologiyası nədən ibarətdir?
- Metalın aşınması dedikdə nə başa düşürsünüz?
- Qara metal neçə üsulla aşındırılır?
- Aşınma texnologiyası nədən ibarətdir?
- Metal səthinin bəzədilməsi zamanı hansı təhlükəsizlik və sanitariya qaydalarına riayət edilməlidir?
|
PRAKTİK İŞ |
Qara metalın lak və ya boya ilə bəzədilməsi
Resurslar: qara metal parçası, məngənə, yeyə komplekti, sumbata kağızı, boya və ya lak, fırça, respirator
İşin gedişi:
- Məxməri yeyələr və sumbata kağızının köməyi ilə metal parçasının səthini və kənarlarını təmizləyin.
- Metal parçasının səthinə lak və ya boya çəkin.
- Örtüyün keyfiyyətini və metalın xarici görünüşünü yoxlayın.