Rifləmə zamanı müxtəlif bucaq altında itilənmiş və müxtəlif əyrilikdə ucluğu olan qələmşəkilli pərçim alətlərindən - çekanlardan istifadə olunur. Bu alətlərin qələmdən fərqi ondadır ki, onların metalı yazmayan, sadəcə, onu çökdürən kütləşdirilmiş işçi kənarı vardır (şəkil 4).
Yarımdairəvi işçi kənarı olan çekanla xəttin orta hissəsi çökdürülür. Onun kənarları isə rəvanlıqla yox dərəcəsinə enir. Çökmənin növbəti birləşməsində ahəngdar keçid əmələ gəlir.
Təsvirin konturları metalın üzərinə qələmin köməyi ilə ülgü əsasında cızılaraq köçürülür.
Sərbəst kompozisiya isə karandaşla köçürülür və metal qələmlə çökdürülür. Səthdə təsvir hamar və riflənmiş yerin fərqinə görə əldə edilir.
Rifləmənin iki növü var: zərif və kobud. Bu növlərin hər birinə ayrılıqda müxtəlif çekanlar tətbiq olunur.
Alətin asan sürüşməsi üçün hər zərbədən sonra onu yağda isladılmış əsgi ilə silmək lazımdır.
Qara metal səthinin bəzədilməsi üsullarından biri də metalın aşınmasıdır.
Aşınma - xüsusi seçilmiş kimyəvi reaktivlərin təsiri ilə metaldan müəyyən səth örtüyünün çıxarılması üçün aparılan texnoloji əməliyyatdır.
Aşınma üsulu ilə bəzədilən qara metal məmulatının təsviri şəkil 5-də verilmişdir.
Qara metalın aşınma texnologiyası nədən ibarətdir? |
Metalın aşınmasının üç üsulu vardır:
İstənilən təsvir, ornament və yazıların kimyəvi vasitələrin köməyi ilə metalın səthinə köçürülməsi metalın kimyəvi aşınması adlanır.
Aşınmanın mahiyyəti odur ki, metal üzərində təsvir aşınma yolu ilə əldə olunan dərinliklər hesabına yaranır.
Elektrokimyəvi aşınmanın kimyəvi aşınmaya nisbətən üstünlüyü böyükdür.