Lak və ya boya örtüyü məmulatın səthini korroziyadan qoruyur.
Fırçalar içərisində su olan bankada və ya xüsusi asmada saxlanılır.
Metal məmulatların səthinin oksidləşmiş pərdə təbəqəsi ilə örtülməsi geniş tətbiq olunur. Bu üsul oksidləşdirmə adlanır. Bu məqsədlə məmulat mufel sobalarında1 qızdırılır və xüsusi məhlulda soyudulur. Belə məmulatların səthi qara və ya tünd-göy rəngdə olur. Bəzəmənin bu üsuluna zağlama2 da deyilir (şəkil 2).
Şəkil 2. Gövdəsi zağlanmış metal məmulatlar
Tez qaraltma (zağlamaya və oksidləşməyə uyğun) otaq temperaturunda metal məmulatlara gözəl, bir bərabərdə olan, qara dekorativ və qoruyucu örtüyün verilməsi prosesidir.
Metal səthinin bəzədilmə üsullarından biri də rifləmədir. Rifləmə dəqiq yerinə yetirilmiş naxışaçma və kimyəvi üsulla naxışaçmanı xatırladan, metalın çox sadə dekorativ bəzədilmə üsuludur (şəkil 3).
Şəkil 3. Riflənmiş metal nümunələri
Rifləmədən, əsasən, kiçik ölçülü məmulatların bəzədilməsində, mebel furniturlarının elementlərində, eləcə də böyük ölçülü metal təbəqələrin emalında istifadə olunur.
Metalın rifləmə texnologiyası nədən ibarətdir? |
1 Mufel sobası — odadavamlı kütlədən hazırlanmış zavod sobası
2 Zağlama — metalın səthinin təbəqə ilə örtülməsi, qaraldılması