6-cı |
SÜNİ ODUNCAQ MATERİALLARININ
|
5-ci sinfin dərsliyində bəzi süni oduncaq materialları (SOM) haqqında ətraflı məlumat verilmişdi. Onlardan tikintidə, mənzil və otaqların təmirində, interyerin tərtibatında, mebellərin hazırlanmasında geniş istifadə olunur.
Siz hansı süni oduncaq materiallarını tanıyırsınız? |
Süni oduncaq materialları bunlardır: faner, oduncaqlifli lövhələr (OLL) və onların müxtəlif növləri, oduncaq yonqarlı lövhələr (OYL).
Sənaye müxtəlif növdə OLL istehsal edir: adi OLL, orta sıxlığa malik OLL - OSOLL və ya MDF və böyük sıxlığa malik OLL - orqalit.
Faner müxtəlif oduncaqlardan soyulmuş şpon vərəqlərinin qatışıq surətdə bir-birinə perpendikulyar yerləşdirilərək yapışdırılmasından alınan oduncaq qatlı materialdır (şəkil 1).
Fanerin hazırlanması üçün enliyarpaqlı və iynəyarpaqlı ağac növlərindən olan şponlardan istifadə olunur.
Şpon qabığı təmizləndikdən sonra termik emaldan keçmiş şalbandan alınır. Fırlanan şalbandan enli soyma bıçağı ilə fasiləsiz olaraq kəsilən yonqar şpon adlanır (şəkil 2).
Qurudulmuş və biçilmiş şpon vərəqlərinə dezinfeksiyaedici məhlullar hopdurulur, onlar bir-birinə perpendikulyar yerləşdirdərək yüksək temperatur və təzyiq altında yapışdırılır. Əgər hopdurulan məhlul su buraxmayan tərkiblidirsə, onda suyadavamlı faner əldə olunur. Fanerin konstruktiv növləri şəkil 3-də verilmişdir. Fanerin geniş miqyasda tətbiqi onun xassələrinin müxtəlif olması ilə fərqlənir. Bu müxtəliflik ağacların növündən, şpon vərəqlərinin sayından və istifadə olunan yapışqanın miqdarından asılıdır.