|
Təhlükəsizlik və sanitariya qaydaları |
- Oduncaq məmulatlarının laklanması və rənglənməsi zamanı nəfəs alarkən zəhərlənmədən qorunmaq üçün otağın havası mütəmadi olaraq dəyişdirilməlidir.
- Qızdırıcı cihazların yaxınlığında səthləri laklamaq və ya rəngləmək olmaz.
- Tənəffüs orqanlarını qorumaq üçün respiratorlardan2 istifadə etmək lazımdır.
- Lak və ya rəngin bədənin açıq yerlərinə düşməsindən qorunmaq lazımdır.
- İş vaxtı texniki əlcək geyinmək məqsədəuyğundur.
- İşi qurtardıqdan sonra əllər əsaslı surətdə sabunla yuyulmalıdır.
|
Şəffaf bəzəmə, qeyri-şəffaf bəzəmə, oxşatma və məxsusi bəzəmə, cilalama, laklama,, qatranlama, rəngləmə. |
|
Özünüyoxlama sualları |
- Bəzəmə işləri hansı məqsədlə yerinə yetirilir?
- Oduncağın hansı bəzəmə növlərini tanıyırsınız?
- Şəffaf bəzəmə nədən ibarətdir?
- Oduncağın qeyri-şəffaf bəzədilmə texnologiyası nədən ibarətdir?
- Oduncağı qətranlamaq nə deməkdir?
- Qətranlamanın neçə növü var?
- Su üçün olmayan qətranın yuyulması necə yerinə yetirilir?
- Oduncağın laklanması və rənglənməsi arasında hansı fərqlər var?
- Oduncağın oxşatma bəzədilməsi texnologiyası nədən ibarətdir?
- Oduncağın məxsusi bəzədilməsi texnologiyası nədən ibarətdir?
|
PRAKTİK İŞ |
Oduncaq məmulatların səthinin laklanması
Resurslar: HU-222 markalı lak, oduncaq tircik, müxtəlifnömrəli sumbata kağızları, enli fırça, altlıq taxta, nəm salfet kağızı, respirator
İşin gedişi:
- Lak, fırça və altlıq taxtanı hazırlayın.
- Oduncaq tirciyi sumbata kağızı ilə cilalayın və nəm salfet kağızı ilə tozunu təmizləyin.
- Oduncaq tirciyin səthinin laklanmasını yerinə yetirin.
1Respirator — tənəffüs orqanlarını toz, tüstü və zərərli qazlardan qoruyan fərdi mühafizə
vasitəsi