Laklama və ya pardaxlama1 zamanı xov qalxır və şəffaf lak təbəqəsini deformasiyaya uğradır.
Xov xırdazərrəcikli sumbata kağızı ilə təmizlənir. Onu tam təmizləmək üçün cilalama əməliyyatı 2-3 dəfə təkrarlanır. Əsaslı cilalamadan sonra məmulat oduncaq tozundan təmizlənir. Bu əməliyyatı tozsoranla yerinə yetirmək daha yaxşıdır.
Oduncaq səthinin bəzədilməyə hazırlanmasının başqa üsulu da mövcuddur ki, bu üsul “ağac qatranlama”2 adlanır.
Oduncağı qatranlamaq yuxarıda şərh edilən mükəmməl cilalamadan sonra yerinə yetirilir. Bundan sonra detala ağac üçün olan qatran sürtülür (şəkil 2).
Qatranın iki növü var: su üçün olan və su üçün olmayan.
Su üçün olan qatran kifayət qədər az, böyük olmayan detallara tətbiq olunur. Su üçün olmayan qatran isə (tərkibində həlledici olan) istənilən detallara tətbiq olunur.
Beləliklə, hazırlanmış oduncağa bolluca qatran hopdurulur. Ümumiyyətlə, kiçik detallar qatranabatırma üsulu ilə qatranlanır. Lakin böyük taxta və ya paneli qatrana batırmaq mümkün olmadığından adi fırçadan istifadə edilir.
Qatran ağaca artıqlaması ilə çəkilir, çalışmaq lazımdır ki, ağacın canına çoxlu qatran hopsun.
Bundan sonra detalların bir az qurumasına imkan yaradılır və bəzəmənin ikinci vacib mərhələsi - yuyub-təmizləmə mərhələsi başlayır. Bu zaman oduncaq liflərinin təsviri qəflətən bütün kəskinliyi ilə üzə çıxır. Oduncaq daha da gözəlləşir.
Su üçün olmayan qatran çox miqdarda asetonun köməyi ilə yuyulur. Bu zaman sıxbaşlıqlı və böyük fırçadan istifadə edilir. Artıq qatranı oduncağa yaymadan kənarlaşdırmaq üçün bu üsuldan istifadə edilir. Fırça içərisində aseton olan qaba batırılır və oduncaq detal 20-30 dərəcə maili vəziyyətdə tutulur, yüngülcə sıxılmış fırça qatranı qovmaq şərtilə yuxarıdan aşağıya doğru hərəkət etdirilir. Detal digər ucu ilə iş masasına dirənir və onun altına çox hiqroskopik material, məsələn, adi salfet kağızı qoyulur.
Fırça detalın ucuna çatdıqda sürüşüb salfetə düşür və asetonluqatranlı qarışıq salfetə hopur. Sonra fırça yenidən asetona batırılır və detal yuyulur. Bu iş detal tam yuyulana qədər davam etdirilir. Bundan sonra detalların asetondan qurumasına imkan yaradılır.
Oduncağın bəzədilməsində lak örtüyü ən sonuncu qatdır. Lak dekorativ qoruyuculuq funksiyasını yerinə yetirir.
1 Pardaxlama — əşyanın səthini sürtüb, ona parlaq görünüş vermək
2 Qətran — oduncağı rəngləmək məqsədilə ona dərin hopdurmaq üçün qəhvəyi rəngdə qatı maye