Şkant çox ucuz və sadə detal olsa da, onunla işin öz çətinlikləri vardır. O, təbii oduncaqdan hazırlanır. Qurudulmamış oduncaqdan hazırlandıqda və ya düzgün saxlanılmadıqda öz silindrik formasını dəyişir, bu isə birləşmənin keyfiyyətində özünü büruzə verir. Buna görə də şkantların nəmliyi birləşdirilən detalların nəmliyindən 2-3 % aşağı olmalıdır. Şkantın yol verilən nəmlik həddi 6-8 % olmalıdır.
Şəkil 6. Mebel künclüklü birləşmə:
a) künclüklər; b) detalların birləşməsi
Şəkil 7. Çaşka həncamalı birləşmə:
a) çaşka həncama; b) detalların birləşməsi
5. Mebel künclüyü. Bu furnitur tərpənməzdir, lakin söküləndir. O, birləşmənin sadə növüdür, quraşdırılması asandır. Quraşdırmaq üçün heç bir əlavə dəliyin açılmasını tələb etmir. Mebel künclükləri metal və plastik kütlədən ola bilər (şəkil 6).
Mebel künclüklü birləşmə kifayət qədər möhkəm birləşmə növüdür və qiyməti də ucuzdur. Çatışmazlığı isə onun görünən olmasıdır. Plastik kütlədən olan mebel künclüyü bir qədər məmulatın estetik görüntüsünə xələl gətirir. Lakin bu qurulma mebeldə bərkitmənin əsas növüdür.
Hərəkətli birləşmələri nəzərdən keçirək.
1. Çaşka həncama yarımmexaniki qurğu olub mebeldə qapıların gövdəyə bər- kidilməsinə və qapı laylarının müəyyən bucaq altında açılmasına xidmət göstərir (şəkil 7).
Həncamanın bu növü hərəkətli və sökülən olub qapıların bərkidilməsində ən etibarlı üsul hesab edilir.
2. Həncamalı mebel kronşteyni (şəkil 8). Yuxarı və aşağı açılan qapılar üçün xüsusi qaldırıcı mexanizmlər nəzərdə tutulmuşdur: bar üçün həncamalı kronşteyn (sağ və sol) və qaz dirəkləri olan həncama.