3. Ekssentrik bərkitmə1. Bu, hərəkətsiz furnitur olub, söküləndir (şəkil 4).
Ekssentrik bərkitmə ən çox işlədilən bərkitmə növüdür. Bütün keyfiyyətli mebellər ekssentrik bərkitmə vasitəsilə yığılır. Onun işləmə prinsipi belədir - digər panelin kənarı birləşəcək detal layına ekssentrik bərkitmənin ştoku burularaq taxılır. Bu ştok panelin kənarından keçərək ekssentrikin çəlləyinə bərkidilir. Sonda ekssentrikin çəlləyi fırladılaraq ştoku özünə çəkir.
Ekssentrik bərkitmə həmişə oduncaq şkantlarla birlikdə istifadə olunur. Şkant birləşmə qovşağına əlavə sərtlik verir, bərkidilən detalların bir-birinə nisbətən yerdəyişməsinə maneə yaradır.
Bu birləşmələrlə yığılan mebelləri dəfələrlə söküb-yığmaq olar. Ekssentriklər müxtəlif diametrdə (25, 15, 12 mm) istehsal olunur.
Ekssentrikin yan paneldən nəzərə çarpmaması üçün panel rəngində tıxaclar nəzərdə tutulmuşdur. Ekssentrikin çatışmazlığı onun özbaşına dönməsi baş verdikdə bərkimənin zəifləməsidir. Belə halın olmaması üçün bəzi furnitur istehsalçıları ekssentrikdə onun fırlanmasının əksi istiqamətində baxan və ilişməni artıran dişlər nəzərdə tutmuşlar.
Ekssentrik bərkitmədən OYL-dən olan rəflərin bir-birinə bərkidilməsində istifadə olunur.
4. Şkantlarla birləşmə hərəkətsizdir və sökülməyəndir (şəkil 5).
Şkant gövdəli mebel detallarının birləşdirilməsi üçün bərkidici məmulatdır, o, oduncaq və ya plastik kütlədən hazırlanmış silindrik formalı çüydür. Şkantlar müxtəlif uzunluqda və diametrdə olur. Yığma zamanı şkant detalların düzgün birləşdirilməsinə şərait yaradır, istismar edilərkən üzərinə yük götürərək onların yerdəyişməsinə mane olur.
Birləşmənin bu növündən müstəqil olaraq təsadüfi hallarda yalnız ekssentrik birləşmələrə sərtlik vermək üçün istifadə edilir.
1Ekssentrik bərkitmə — çəlləkvarı vintin fırlanma hərəkətini ştokun irəli hərəkətinə çevirən qurğu