Şəkil 2. Şurupların növləri: a) özükəsən şuruplar; b) ağac üçün adi şuruplar
Şəkil 3. Vintli bərkitmə: a) vint və kiçik çəllək;
b) detalların birləşməsi
Bu şuruplarda onların oxu boyunca özükəsən səlis yiv keçir (şəkil 2).
Özükəsən şuruplardan istifadə etdikdə işin rahat getməsi üçün əvvəlcədən kiçikdiametrli deşik açmaq, burğulamaq və vintaçanı düzgün seçmək lazımdır.
Künclü birləşmələrin etibarlılıq dərəcəsini artırmaq üçün birləşdirici furniturlardan istifadə olunur.
2. Vintli bərkitmə sökülən, lakin hərəkətsiz furniturdur1 (şəkil 3).
Vintli bərkitmə vint və kiçik çəlləkdən ibarət olub, bir panelin2 kənarının digər panel layına bərkidilməsi üçün istifadə olunur. Məsələn: rəfin yan panelə birləşdirilməsi. Çəkib-bağlama yerişi böyük olduğu üçün bu çox möhkəm bərkitmədir. Bu bərkitmənin bir çatışmayan cəhəti panelin üst hissəsində vint başlığının görünməsidir.
Əlbəttə, onları xüsusi tıxaclarla bağlamaq olar. Lakin bu da vəziyyətdən çıxış yolu deyil. Tıxaclar şkafın xarici panelində estetik görünmür.
Bərkitmənin bu növünü quraşdırmaq üçün yiyələnməsi vacib olan vərdişlər lazımdır. Təcrübəsiz olanlar kiçik çəllək vintdəki dəliyin rəfin kənarındakı dəliklə üst-üstə düşməməsi problemi ilə qarşılaşa bilərlər. Eləcə də kiçik çəllək vinti öz yuvasından çıxartmaq heç də asan deyil. Lakin yığma zamanı bu narahatlıq və estetik xəta birləşmələrin etibarlı, həmçinin uzunömürlü olması ilə əvəz olunur. Vint rəfin kənarında əvvəlcədən açılmış deşiyə burğulanır. Onun quraşdırılması üçün rəfin kənarında və detalın üz layında iki deşik burğulanaraq açılır. Onlar bir-birinə perpendikulyar bərkidilir. Çox vaxt diametri 7 mm, uzunluğu 50 və ya 70 mm olan avrovintlərdən3 istifadə olunur.
1Furnitur — mebel hazırlığında istifadə olunan yardımçı materiallar
2Panel — dördbucaqlı taxta parçası
3Avrovint — başlığı altıbucaqlı olan vint