|
Özünüyoxlama sualları |
- Gövşəyən kənd təsərrüfatı heyvanları üçün silosun tədarükü texnologiyası nədən ibarətdir?
- Silosun keyfiyyəti nədən asılıdır?
- Silosun keyfiyyətini necə yoxlamaq olar?
- Ev quşları üçün hansı yem məhsulları tədarük edilir?
- Ev quşlarına verilən silosun keyfiyyəti nədən asılıdır?
- Quşlar üçün quru ot necə tədarük edilir?
- Quşlar üçün yaşıl unun hazırlanma texnologiyası nədən ibarətdir?
|
PRAKTİK İŞ |
- Azərbaycanda yerləşən ev və fermer heyvandarlığı haqqında məlumat tapın və dəftərinizə qeyd edin.
- Hər biri 100 kq çəkiyə malik 8 baş inəyə 1 ay ərzində veriləcək silosun optimal çəkisini hesablayın.
- 2 ay ərzində 10 toyuq, 18 ördək və 29 hindtoyuğuna veriləcək silosun çəkisini hesablayın.