Ot xışıldamağa başlayanda qurutmanı qurtarmaq lazımdır. Cücələr üçün quru ot çiçəkləmədən əvvəl biçilən paxlalı bitkilərdən hazırlanır. Quru otu qaranlıq quru yerdə saxlamaq lazımdır.
Quşları yemləmə zamanı quru ot xırda doğranmalı və digər yemlərə əlavə edilməlidir.
Yaşıl un. Bu unu may-iyun aylarında təzə gicitkən, zəncirotu yarpaqları və qırmızı yoncadan hazırlayırlar. Belə unun tərkibində quş orqanizminə lazım olan çoxlu miqdarda B, E qrupu vitaminləri, eləcə də mikroelementlər və mineral maddələr var.
Zəncirotunun sütül yarpaqlarını, gicitkəni və qırmızı yoncanın şirəli zoğlarını günəş şüaları altında, sonra isə mətbəx sobasının tavasında, zəif odda qurudurlar. Yarpaqlar ovucun içində asanlıqla ovxalananda (lakin toz halına gəlməmək şərtilə) qurutmanı bitmiş hesab etmək olar.
Yaşıl unu bağlı karton qutularda, qaranlıq və quru şəraitdə, əsasən, sərin yerdə saxlamaq daha münasibdir.
Quşları yemləmək üçün yaşıl un başqa yemlərlə qarışdırılır.
Sanitariya-gigiyena qaydaları |
Heyvanlara, quşlara qulluq edərkən və onlara yem hazırlayarkən mütləq sanitariya-gigiyena qaydalarına əməl etmək lazımdır:
1. Xüsusi əlcəklərdən və qoruyucu maskalardan istifadə etmək bir çox infeksiya və müxtəlif xəstəliklərə yoluxma riskini azaldır.
2. Unutmayın ki, heyvan və quşları təkcə düzgün yemləmək işin sonu deyil, onlar saxlanılan ərazinin təmizliyinə də müntəzəm olaraq nəzarət etmək vacibdir.
3. Heyvan və quşların yem qabları həmişə təmiz saxlanılmalı, sanitariya-gigiyena qaydalarına əməl olunmalıdır. Bu nəinki sizin, həm də ətrafdakıların sağlamlığı üçün çox vacibdir.
Silos, kiçik budaqlardan alınan yem, maye əlavələr, iynəyarpaqlı bitkilərdən alınan cövhər, quru ot, yaşıl un. |