d) mineral yemlər - sönmüş əhəng, təbaşir, yumurta qabığı, balıqqulağı, sümük unu, çınqıl, ağac kömürü, xörək duzu.
Silos. Təzə göyərtinin və başqa vitaminli yemlərin tədarük edilməsi və uzun müddət saxlanması üsullarından biri siloslamadır.
Ev quşlarının bütün növlərinin şəxsi təsərrüfatda hazırlanmış silosla yemlənməsi digər yemlərin işlənməsini xeyli azaldır.
Silos quşların qida rasionu üçün qiymətli komponentdir1, belə ki, o, həzmə yaxşı təsir edən faydalı vitaminlərlə zəngindir, mədə şirəsi ifrazını və qidalı maddələrin həzmolunma qabiliyyətini artırır.
Silos üçün yaxşı xammal müxtəlif dənli bitki, kələm, çuğundur və kök yarpaqları, qarğıdalı və s. hesab olunur. Paxlalı otlar (yonca, qara yonca, yem paxlaları), həmçinin təzə gicitkən pis siloslaşır və koservləşməni yaxşılaşdırmaq üçün onlara karbohidratlarla zəngin bitkilər (qırmızı kök, şəkər çuğunduru, paxlalı bitkilər və s.) əlavə edilir.
Silosun keyfiyyəti siloslaşdırılan bitkilərin inkişaf mərhələsindən və onların rütubətliliyindən asılıdır. Dənli bitkilər - sünbüllənmənin əvvəlində, paxlalılar - qönçələmə mərhələsində, qarğıdalının yaşıl kütləsi - süpürgəatma mərhələsində, qarğıdalı qıçaları isə - südlü sarıyaçalan ilkin yetişmə zamanı siloslaşdırılır.
Quşlar üçün silosun tədarük edilməsində əsas tələb xammalın 0,5 sm ölçüdə xırda doğranmasıdır.
Ev quşlarına silosu aşağıdakı miqdarda vermək tövsiyə olunur: gün ərzində toyuqlara 20-25 q, hindtoyuğuna 35-50 q, qaz və ördəklərə 250-300 q.
Quru ot. Həyətyanı təsərrüfat şəraitində paxlalı, dənli bitkilərdən və yabanı otlardan hazırlanmış (təzə gicitkən, sirkan, müxtəlif otlar) vitaminli quru ot qış vaxtı çox keyfiyyətli yem hesab olunur.
Paxlalıları çiçəkaçmadan öncə - hələ qönçələmə başlayanda, tərkibi vitamin və karbohidratlarla zəngin olduğu zaman biçmək lazımdır. Biçilmiş məhsul tez və nəmi çəkilənədək qurumalıdır. İşıqda vitaminlər məhv olduğundan otları kölgədə qurutmaq vacibdir. Keyfiyyətli məhsul əldə etmək üçün biçilmiş kütləni seyrək sərib qurutmaq daha səmərəlidir.
1Komponent — bir şeyin tərkib hissəsi