Kütlə nə qədər sıx qablaşdırılarsa, yem də bir o qədər keyfiyyətli olar, itki azalar.
İribuynuzlu mal-qara üçün silos hazırlayarkən istənilən otdan, o cümlədən alaq otlarından da istifadə etmək olar. Sadəcə, bu kütlə xırda doğranmalı, döyəclənib bərkidilməlidir. 100 kq çəkisi olan hər bir inəyə hər yemləmədə 3-5 kq olmaqla sutka ərzində 15-18 kq silos verilir. Hazırlandığı otların növündən asılı olaraq silos bir və ya üç aya hazır ola bilər.
Yaxşı hazırlanmış silos qızardılmış çörək və alma ətri verir. Rəngi sarımtıl yaşıldan tünd-qəhvəyiyə qədər dəyişir. Əgər silos sirkə turşusu və ya kəskin ammonyak (peyin) iyi verirsə, yaşıl və ya çirkli yaşıl rəngindədirsə, deməli, o korlanıb. Peyin qoxulu silos yeməli deyil. Hər yemləmədə alt qatları yumşaltmamaq şərtilə lazımi porsiyada silos götürdükdən sonra örtüyü kip bağlamaq lazımdır. Sonda qabı əsaslı olaraq silos qalıqlarından təmizləmək və sönmüş əhəng məhlulu ilə dezinfeksiya etmək lazımdır.
Ev quşları üçün yemin hazırlanması və tədarükü texnologiyası nədən ibarətdir? |
Quşlar üçün müxtəlif yemlər tədarük edilməsi o qədər də çətin deyil, çünki ev quşları (xüsusən toyuq) müxtəlif yemlərə asanlıqla və tez uyğunlaşır, qaz isə, əsasən, otla qidalanır.
Quşlara yem kimi bunlar verilir:
a) taxıl və taxıl qalıqları - yulaf, darı, buğda, çovdar, arpa, qarğıdalı, noxud, mərci;
b) texniki istehsal qalıqları - buğda yarması, dəyirman tullantıları, qurudulmuş çuğundur cecəsi1, bitki cecəsi, şrot2;
c) heyvan yemləri - üzü yığılmış süd, ayran, ət və ət-sümük unu, balıq unu, sağlam heyvan qanı, böcək, tırtıl və başqa kənd təsərrüfatı ziyanvericiləri, torpaq soxulcanları;
ç) vitaminli və şirəli köklər - gicitkən, yonca, qara yonca, yem kələmi, qırmızı kök, silos, ot və ot ovuntusu, çuğundur, turp, şalğam, kartof, kələm yarpağı, kahı, ispanaq, zəncirotu, küknar və şam ağacının iynəyarpaqları, quşarmudu, qızılağac, ağcaqovaq, fındıq, sarı akasiya, qovaq, göyrüş, söyüd, tozağacı ağaclarının yarpaqları və s.;
1Cecə — bitkilərin şirəsi çıxarıldıqdan sonra qalan qalıq
2Şrot — günəbaxan tumlarının cecəsi