Əhalinin gəliri dedikdə müəyyən vaxt ərzində ev təsərrüfatlarında istehsal olunmuş maddi nemətlərin və ya əldə edilmiş pul vəsaitlərinin cəmi başa düşülür. Ev təsərrüfatının gəlirini, bir qayda olaraq, dörd qrupa ayırırlar:
Ailə gəlirləri neçə növdə olur? |
Ailənin gəlirləri iki növə bölünür: pul gəliri və maddi gəlirlər. Ailənin əsas gəlirlərinə aşağıdakı pul gəlirləri aiddir: ailə üzvlərinin müəssisələrdən, idarə və təşkilatlardan aldığı əməkhaqqı; ailə üzvlərinə verilən pensiya, müavinət, təqaüd, digər sosial və sığorta ödəmələri və s. Digər maddi gəlirlərə zəhmətlə qazanılmış fəaliyyətə görə müxtəlif mükafatlandırmalar, miras, alınmış hədiyyələr, əmək nəticələrinə görə mükafat istisna olunmaqla digər mükafatlar, alimentlər aiddir. Eləcə də məhkəmənin qərarı ilə ödəmə və kompensasiyalar1; ailə üzvlərinin ev təsərrüfatından və sahibkarlıq fəaliyyətindən gəlirləri də bura daxildir. Ev təsərrüfatından və sahibkarlıq fəaliyyətindən gələn gəlirlər, öz növbəsində, dörd yarımqrupa ayrılır. Bunlar şəxsi yardımçı təsərrüfatda becərilən kənd təsərrüfatı məhsullarının realizə edilməsindən əldə olunan gəlirlər, ev əmlakı ilə əməliyyatlardan alınan kreditlər, maliyyə-kredit əməliyyatlarından gələn gəlirlər, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdir.
Sahibkarlıq faaliyyati na demakdir? |
Sahibkarlıq, sahibkarlıq fəaliyyəti göstərilən xidmət, istehsaldan və ya əmtəə mal satışından müntəzəm olaraq gəlirlərin əldə olunmasına istiqamətlənmiş iqtisadi fəaliyyətdir. Bu məqsədlə əmlakdan, maddi olmayan aktivlərdən, sahibkarın özünün və kənardan cəlb olunanların əməyindən istifadə olunur. Xərclənən vəsaitlərin özünü doğruldacağına, istehsal olunanların satılaraq gəlir gətirəcəyinə heç bir zəmanət yoxdur. Bu zaman bütün əmlakın və ya onun müəyyən bir hissəsinin itirilmə təhlükəsi var.
Bir çox ölkələrdə sahibkarlığa başlamaq üçün rəsmi qeydiyyatdan keçmək tələb olunur, lakin meyarlar və şərtlər əsaslı olaraq fərqlənə bilər.
1Kompensasiya — əvəz, qarşılıq