2-ci |
AİLƏ BÜDCƏSİNİN FORMALAŞMASINDA
|
Ailə büdcəsi nə deməkdir? |
Ailə büdcəsi bütün ailə üzvlərinin pul və maddi aktivlərinin məcmusu, başqa sözlə, ailədə valideynlərin şəxsi büdcələrinin vahid bir yerdə toplanmasıdır.
Ailə büdcəsinin şəxsi büdcədən başlıca fərqi ondan ibarətdir ki, ailə büdcəsi ailənin iki üzvünün gəlirlərindən formalaşaraq dörd əsas istiqamətdə xərclənir. Şəxsi büdcə isə bir nəfərin gəlirindən formalaşaraq bir istiqamətdə - elə o adamın tələbatlarına xərclənir.
Sxematik olaraq ailə büdcəsini belə göstərmək olar (sxem 1).
Sxem 1. Ailənin gəlirləri və xərcləri
Bu sxemdə ailə büdcəsini formalaşdıran mənbələr və büdcə vəsaitlərinin xərclənməsinin əsas istiqamətləri verilib.
Statistik göstəricilərə əsasən orta səviyyədə yaşayan ailədə ailə büdcəsinin formalaşması və xərclənməsi məhz belə baş verir. Xüsusi hallarda bu sxemdə göstərilənlərdən kənaraçıxmalar ola bilər. Məsələn, ailə büdcəsinin gəlirləri ancaq bir nəfər ailə üzvünün gəlirindən ibarət ola bilər, ailədə uşaqlar olmadıqda onlara ayrılan xərclər ixtisar oluna bilər. Lakin istənilən halda ailə büdcəsini təşkil edən digər üç tərkib hissə qalacaq.
Ailə büdcəsi də şəxsi büdcə kimi aktiv və passivlərdən ibarətdir.
Ailə büdcəsinin passivləri1 şəxsi və ya borc nəticəsində (kredit təşkilatlarından və ya başqa insanlardan alınan borclar) əldə olunan vəsaitlərdir.
Ailə büdcəsinin aktivləri büdcə passivlərinin yerləşdirilməsi üsullarıdır. Şəxsi büdcədə olduğu kimi ailə büdcəsinin də bütün aktivlərini pul gəlirlərinə (ehtiyat, qənaət edilmiş vəsait, kapital, şəxsi ehtiyaclara lazım olan pul) və maddi gəlirlərə (ailənin əmlakına) ayırmaq olar.
Gəlirlər hər bir insanın qeyri-məhdud tələbatlarının bilavasitə mənbəyi olduğu üçün vacib rol oynayır.
1Passiv — bütün borc və öhdəliklərin məcmusu