|
Təhlükəsizlik texnikası və sanitariya qaydaları |
- Əti soyuducuda saxlamaq lazımdır. Əti hazırlamaq, göyərti və tərəvəzləri doğramaq üçün altlıq taxtalar seçilməlidir. Ət və göyərtini doğramaq üçün eyni taxtadan istifadə etməyin.
- Hazır xörəyi uzun müddət saxlamaq məsləhət görülmür, belə ki, onda çoxlu xəstəliktörədən mikroblar yaranır.
- Qablar, avadanlıq və mətbəx həmişə təmiz olmalıdır.
- Ərzaqlar ət maşınının içinə dəstəciklə itələnməlidir.
- Qızdırıcı cihazların nəzarətsiz saxlanılması yanğına səbəb ola bilər. Elektrik pilətəsinin spiralı qızdırıcı elementin kənarına çıxmamalı və qablara toxunmamalıdır.
- Elektrik cihazlarının şnurlarında üstü açıq naqillər olmamalıdır. Elektrik açarları və elektrik çəngəlləri üçün rozetlər saz vəziyyətdə olmalıdır.
- Elektrik pilətəsini quru əllərlə, şnurdan deyil, elektrik çəngəlindən tutaraq dövrəyə qoşmaq lazımdır.
|
Qutab, çəkilmiş ət, lavaşana, sac, sumaq, xəmirdən kündə. |
|
Özünüyoxlama sualları |
- Qutab nədir?
- Qutabın hansı növləri var?
- Qutabın hazırlanma texnologiyası nədən ibarətdir?
- Ət qutabının içliyinə hansı komponentlər daxildir?
- Ət qutabı üçün hansı resurslardan istifadə olunur?
- İçlik necə hazırlanır?
- Buğda unundan nə üçün istifadə olunur?
- Qutablar süfrəyə necə verilir?
- Göyərti qutabının hazırlanmasında hansı göyərtilərdən istifadə olunur?
- Göyərti qutabı necə hazırlanır?
- Xörək hazırlayarkən hansı təhlükəsizlik texnikası qaydalarına əməl edilməlidir?
- Mətbəxdə işlədikdə hansı sanitariya-gigiyena qaydalarına əməl edilməlidir?
|
PRAKTİK İŞ |
Balqabaq qutabının hazırlanma texnologiyası
Resurslar: kompüter, dəftər, qələm
Tapşırıq: 1. İnternet materiallarından istifadə edərək “Balqabaq qutabının hazırlanma texnologiyası” mövzusunda layihə hazırlayın.
Tapşırıq: 2. Əməliyyatların şərhi ardıcıllığına əməl edin.