6. Hər bir dairənin yarısına içlik qoyulur, dairənin ikinci yarısı ilə içliyin üstü örtülür, kənarları əsaslı surətdə sıxılır (şəkil 15). İçlik qutabın bütün həcmi boyu nazik qatla paylanır, kənarları bağlanır, xəmirin artıq qalmış hissələri kəsilib götürülür.
Şəkil 15. Qutabın hazırlanması: a) göyərtinin yerləşdirilməsi;
b) qızardılmağa hazır olan qutablar
7. Qutabların hər iki tərəfi yaxşı qızdırılmış sacda və ya tavada təxminən 1,5 dəqiqə bişirilir. Hazır qutab nimçəyə yığılır, dərhal əridilmiş kərə yağı ilə yağlanır (şəkil 16). Süfrəyə isti və ya ilıq halda, zövqə görə sumaq və qatıqla verilir (şəkil 17).