Göyərti qutabı
İçlik üçün: 3 dəstə ispanaq, 3 dəstə turşəng, 1 dəstə göy soğan, 1 dəstə keşniş, 1 dəstə şüyüd, 2 ədəd baş soğan, zövqə görə lavaşana, kərə yağı, istiot, duz.
Xəmiri üçün: 600 q buğda unu, 1 ədəd yumurta, 200 q qatıq.
Göyərti təmizlənir, yuyulur, xırda doğranılır və qızarmış soğanla qarışdırılır, duz, istiot, lavaşana əlavə edilir. Una yumurta, su və duz qatılıb bərk xəmir yoğrulur. 1-0,5 mm qalınlığında yayılır. Dairələr kəsilir. Hazırlanmış göyərti içliyi dairələrin içərisinə qoyulur, aypara şəklində bükülüb yağsız tavada hər iki üzü bişirilir. Süfrəyə verdikdə üzərinə kərə yağı çəkilir və qatıq qoyulur.
Göyərti qutabının hazırlanma texnologiyası:
1. Xəmir üçün ləyənə un ələnib, duz tökülür. Çox da bərk olmayan xəmirin alınması üçün bir miqdar yağ əlavə edilir və otaq temperaturunda su əlavə etməklə tədricən yoğrulur. Üstü dəsmalla örtülüb 30 dəqiqə dincəldilir (şəkil 11).
2. İçlik üçün soğan təmizlənir və xırda doğranır. Tavada vam odda yumşalana qədər qızardılır (şəkil 12).
3. Göyərti təmizlənir, yuyulur, xırda doğranır və qızarmış soğanla qarışdırılır (şəkil 13).
4. Un səpilmiş hamar səthdə kündələrdən çox nazik yuxalar yayılır (şəkil 14). Qurumasın deyə, yayılmış yuxaların üzəri qalın dəsmal ilə örtülür.
5. Yuxa boşqabın köməyi ilə bir neçə hissəyə ayrılır.