3. Xəmirdən 70-100 qramlıq kiçik kündələr tutulur. Kündələr dəsmalın arasına yığılır, üzəri sellofanla örtülür (xəmirin quruyub qaysaq bağlamaması üçün). Kündələr 5-10 dəqiqəyə özünü tutur (şəkil 3).
4. Bundan sonra taxta lövhə üzərində kündədən diametri 50 sm olan yuxa yayılır (şəkil 4)
5. Diametri 19-20 sm olan boşqab götürülür və yuxanın üzərinə yerləşdirilir, dairələr kəsilir (şəkil 5). Bu xəmirdən beş bərabər dairə alınır. Dairələrin kənarları elə yapışdırılır ki, bir dairə də alınsın. Cəmi altı dairə alınır.
6. Dairənin bir hissəsinə içlik yaxılır və üzərinə bir neçə nar dənəsi səpilir (şəkil 6).
7. Dairənin ikinci yarısı içlik qoyulmuş hissənin üstünə qatlanır, yarımdairə şəklinə salınır, ovucun içi ilə astaca sıxılaraq havası çıxarılır və kənarları birləşdirilir (şəkil 7).
Şəkil 8. Qutabın qızardılması
a) sacda; b) tavada
8. Qutablar sacda və ya quru tavada qızardılır (şəkil 8).
9. Hər biri kərə yağı ilə yağlanır və üzərinə sumaq səpilir (şəkil 9).
Qutablar süfrəyə isti halda qatıqla verilir (şəkil 10).