26-cı |
MİLLİ XƏMİR XÖRƏKLƏRİNİN
|
Azərbaycan mətbəxinin ən məşhur təamlarından biri qutabdır. Azərbaycanın müxtəlif bölgələrində hazırlanan bu xəmir xörəyinə Bakıda qutab, Şəki-Zaqatala zonasında afar, Qarabağda kətə deyilir. Onların hazırlanma qaydası bir-birindən çox az fərqlənir.
Qutab nədir? |
Qutab aypara şəklində hazırlanıb, sacda və tavada bişirilən xəmir məmulatıdır.
Qutablar müxtəlif içlikli olub, bişirilmə və süfrəyə verilmə tərzinə görə bir qədər fərqlənirlər. Azərbaycan mətbəxində içliyi göyərti, ət, içalat, balqabaq, göyərti ilə kəsmik, gicitkən olan qutablar hazırlanır. Onlardan bir neçəsinin hazırlanma texnologiyası ilə tanış olaq.
Ət qutabı
Resurslar: 400 q qoyun əti, 2 ədəd orta böyüklükdə baş soğan, 60 q lavaşana1 və ya 1 ədəd orta böyüklükdə nar, 400 q buğda unu, 120 q ərinmiş yağ, sumaq, istiot, duz.
Mayasız bərk xəmir yoğrulur. 1-0,5 mm qalınlığında yayılıb kiçik dairələr kəsilir. Ətlə soğandan hazırlanmış içliyə nar və ya lavaşana qatılıb dairələrin içinə qoyulur və aypara şəklində bükülür.
Qutabın hazırlanma texnologiyası:
1. Un, duz və sudan ələ yapışmayan və kifayət qədər elastik olan xəmir yoğururuq. Xəmiri sellofan paketin içinə yerləşdirib yarım saatlıq dincəlməyə qoyuruq (şəkil 1).
2. Ət soğanla birlikdə ət maşınından keçirilir (şəkil 2, a).
Zövqə görə lavaşana (və yaxud nar), duz və istiot əlavə edilir. Hazırlanmış içlik bir kənara qoyulur (şəkil 2, b).
1Lavaşana — turş meyvə və giləmeyvə mətindən hazırlanan, xörəklərə əlavə edilən turşu növü (adətən, lavaş şəklində sərilib-qurudulur)