Şəkil 11. Şirinplov
Süfrəyə verildikdə düyü təpə şəklində boşqaba çəkilir, yanlarına qazmaq və yağda qızardılmış ərik, gavalı qurusu və kişmiş düzülür (şəkil 11).
Plov təkcə dadı ilə deyil, faydası ilə də şah xörək hesab edilir. Plovun əsasını təşkil edən düyü yüksək qida dəyərinə malikdir və bütün digər ərzaqlarla - ət, quş əti, balıq və tərəvəzlə yaxşı uyğunlaşır.
Düyüdə olan nişasta orqanizm tərəfindən yavaş-yavaş həzm olunur və mənimsənilir. Bu, qlükozanın eyni miqdarda qana daxil olmasını təmin edir və qanda şəkərin tənzimlənməsinə imkan yaradır.
Plov, qovurmaplov, səbziqovurmaplov, şirinplov, südlüplov, qazmaq. |
Özünüyoxlama sualları |
PRAKTİK İŞ |
Toyuqplovun hazırlanma texnologiyası
Resurslar: kompüter, dəftər, qələm
Tapşırıq 1. İnternet materiallarından istifadə edərək “Toyuqplovun hazırlanma texnologiyası” mövzusunda təqdimat hazırlayın..
Tapşırıq 2. Əməliyyatların şərhi ardıcıllığına əməl edin.