2. Səbziqovurmaplovun hazırlanma texnologiyası:
Resurslar: 4-5 porsiya üçün - 1 kq qoyun əti, 600 q düyü, 200 q əridilmiş yağ, 3-4 ədəd baş soğan, 1 q limon turşusu, 15 q abqora (yetişməmiş üzüm şirəsi), göyərti (keşniş, şüyüd, ispanaq, kəvər), zəfəran, döyülmüş qara istiot və duz.
Yumşaq qoyun əti hər biri 35-40 q olmaqla hissələrə ayrılır, duzlanır, istiotlanır və isti tavada yağda qızardılır. Sonra ətə abqora, qızardılmış soğan, zəfəran və göyərti əlavə edilir. Az miqdarda suda hazır olanadək bişirilir (şəkil 8). Düyüdən ayrıca plov hazırlanır, üzərinə dəmlənmiş zəfəran gəzdirilir. Zəfəranlı düyü təpə şəklində böyük buludlara çəkilir. Süfrəyə səbziqovurma ilə verilir (şəkil 9).
3. Şirinplovun hazırlanma texnologiyası:
Resurslar: 200 q düyü, 70 q ərinmiş yağ, 50 q kişmiş, 50 q ərik qurusu, 50 q şəkər, 50 q gavalı, duz, istiot, zəfəran, lavaş.
Düyüdən yarımbişmiş plov hazırlanır. Quru meyvələr (kişmiş, ərik qurusu) yağda ayrıca qızardılır, şəkər əlavə olunaraq plovla qarışdırılır. Altına lavaş döşənmiş qazana tökülür, üzərinə yağ və dəmlənmiş zəfəran gəzdirilir və hazır olanadək dəmlənir (şəkil 10).