Biletinizdə qeyd olunan yerdə əyləşin. Əgər bu yer tutulmuşdursa və əyləşən tamaşaçı durmaq istəmirsə, mübahisəyə girməyin, zal nəzarətçisindən məsələnin həllində kömək istəyin.
Oturarkən ayaqlarınızı və qollarınızı geniş açıb ətrafdakılara mane olmayın.
Tamaşa zamanı danışmayın, təəssüratlarınızı fasilədə bölüşün.
Zala yemək və içəcəklər gətirməyin.
Tamaşanın sonunda aktyorları alqışlamağı unutmayın.