Üzərinə pomidorun çıxarılmış iç hissəsi və yağ əlavə edilir. 30-40 dəqiqə vam odda bişirilir (şəkil 11). Süfrəyə sarımsaq-qatıqla verilir (şəkil 12).
Badımcan, pomidor və bibər dolması çox dadlı, ətirli və gözoxşayan xörəkdir. Bəzi regionlarda bu xörəyə “Üç bacı” dolması deyilir.
Dolma, üzüm, heyva və fıstıq (pip) yarpağından dolma, badımcan, pomidor və şirin bibərdən dolma. |
Özünüyoxlama sualları |
PRAKTİK İŞ |
Kələm dolması
Resurslar: kompüter, dəftər, qələm
Tapşırıq 1: İnternet materiallarından istifadə edərək “Kələm dolmasının hazırlanma texnologiyası” mövzusunda təqdimat hazırlayın.
Tapşırıq 2: Əməliyyatların şərhi ardıcıllığına əməl edin.