Sonra tikişlər ütülənir, təzə kəsilmiş hissənin qabaq və dirsək kənarları birləşdirilir. Bu zaman eninə və uzununa aparılmış tikişlər əvvəlki tikişin davamı olmalıdır.
Tikişlər yuxarıya istiqamətlənmiş halda ütülənir. Bu zaman kənarlar tikiş xətti istiqamətində qatlanır. Astar qolun içərisinə yerləşdirilir və gizli tikişlə tikilir.
Qolun bərpa edilmiş tikişləri ütülənir.
Şalvar balağının bərpa edilməsi. Şalvarın balağına tikilmiş köbə didilmişdirsə, yenisi ilə əvəz edilməlidir. Bu məqsədlə əvvəlcə köhnə köbə sökülüb çıxardılır, balağın qatlanmış hissəsi tozdan, pürçümlənmiş saplardan təmizlənir. Yeni köbə elə qoyulur ki, onun kənarı şalvarın balağından 1—2 mm kənara çıxsın. Köbə gizli tikişlə hər iki tərəfdən balağa tikilir.
Şalvarın manjetinin bərpa edilməsi. Əvvəlcə şalvarın manjetinin qatlanmış hissəsi sökülüb, tozdan, saplardan təmizlənir, üzərinə nəm əsgi qoyulub ütülənir. Sonra manjetin didilmiş hissələri gözəmə üsulu ilə işlənilir və yenidən nəm əsgi ilə ütülənib hamarlanır. Sonra manjetin qatlanması üçün yeni tikiş xəttinin yeri nişanlanır. Yeni xətt gözəmə yerindən 3—5 mm yuxarıda qoyulmalıdır. Şalvarın manjeti xətt üzrə tərs üzünə qatlanıb nişanlanır, əl ilə gizli tikişlə tikilir və ütülənir. Sonra şalvarın manjetinə xüsusi köbə tikilir. Əvvəlcə manjet hissə, sonra isə şalvar bütünlüklə ütülənir.
Sökülmüş tikiş, ilməkləmə tikişi. |
Özünüyoxlama sualları |
PRAKTİK İŞ |
Sökülmüş tikişlərin bərpası
Resurslar: Bərpa ediləcək məmulatlar, sap, iynə, qayçı, tikiş maşını
Bərpanın uyğun gələn növünü yerinə yetirin:
1. Sökülmüş hissəni maşın tikişi ilə bərpa edin (şəkil 5-ə bax).
2. İlməklənmiş maşın tikişini bərpa edin (şəkil 6-ya bax).
3. Astarlı məmulatları bərpa edin (şəkil 7-yə bax).