Yaxud hansısa bir özəl gün üçün nəzərdə tutulmuş geyim əldə etmək məcburiyyəti yaranır.
Əsl sənətkar hər iki problemin öhdəsindən asanlıqla gələ bilər.
Paltarın yamaqlarla bərpasını mağazadan alınmış hazır aplikasiyalarla yerinə yetirmək olar. Aplikasiya əl iynələri ilə yerinə yetirildikdə məmulata xırda, çəpinə sırıqlarla tikilir. Geyimin bəzədilməsi üçün isə termik aplikasiyadan istifadə edilir. Termik aplikasiya tərs tərəfdəki yapışqanlı qatın hesabına istənilən səthə qaynar ütü ilə yapışdırılır. Termik aplikasiya müxtəlif ölçülərdə olur və arzudan asılı olaraq cürbəcür təsvirləri əks etdirə bilər (şəkil 3).
Şəkil 3. Geyim üzərində termik aplikasiya
Yapışqanlı qatın hesabına termik aplikasiya möhkəm bərkidilir. Yuyulma nəticəsində korlanmaması üçün isə termik aplikasiya yüksək temperatur və yaxşı preslənmə ilə daha etibarlı yapışdırıla bilər.
Geyimin bərpa edilməsi, gözəmə, alt və üst yamaqlar, termik aplikasiya. |
Özünüyoxlama sualları |