1 | 2 | 3 |
Xlor tərkibli vasitələrlə ağartmaq olar | Rəngi çıxmayan bütün pambıq və kətan parçalar | |
Ağartmaq olmaz. | Rəngli parçalar |
Çirkli paltarlar yuyulmadan öncə hazırlandığı parçanın növünə, rənginə və çirklənmə dərəcəsinə görə çeşidlənir. Pambıq və kətan parçadan olan məmulatlar ayrıca yuyulur. Rəngli və ağ paltarları bir yerdə yumaq olmaz. Əks halda paltarların rəngi qarışar, rənglilər bozara bilər. Rəngli pambıq və kətan parçalardan tikilmiş məmulatlar müxtəlif yuyucu vasitələr və sabunun köməyi ilə 60°C-dən yüksək olmayan temperaturda yuyulur. Yuyulmadan öncə paltarların cibləri boşaldılır.
Yuyulmuş paltarlar açıq havada qurudulur. Məmulatlar bozarmasın deyə, tərs üzünə çevrilir, qırışların açılması və asan ütülənməsi üçün çırpılır.
Köynəklər və koftalar çiynindən, şalvarlar isə belindən asılır.
Yataq dəstləri azacıq nəm halda ütülənir. Ütünün temperaturu parçanın növündən asılı olaraq dəyişir. Pambıq və kətan parçadan olan məmulatlar yüksək istilik rejimində (150—210°C) ütülənir. Əgər məmulat çox quruyubsa, onu bir neçə dəqiqə nəm tiftikli əl-üz dəsmalına büküb saxlamaq və yaxud buxar rejimində ütüləmək lazımdır.
Əmtəə yarlığı, yuyucu-təmizləyici vasitələr, simvollar. |
Özünüyoxlama sualları |