Yuyulmadan öncə məmulatlar (parçanın növünə, rənginə və çirklənmə dərəcəsinə görə) çeşidlənir.
Yun və ipək parçadan olan məmulatları 30—45°C-dən artıq temperaturda olan suda yumaq olmaz. Yuma və yaxalama üçün su ilıq olmalıdır. Əks halda məmulat kiçilir. Yun parçadan hazırlanmış geyimləri tərs üzünə çevirib sərmək lazımdır ki, rəngi bozarmasın. İpək və yun məmulatları burub sıxmaq olmaz. Çünki onlar formasını itirə bilir. Adətən, belə məmulatlar çox güc sərf etmədən, yüngülcə sıxılır, düz səth üzərinə sərilməklə qurudulur.
İpək məmulatları qurumamış, nəm halda ütüləmək daha yaxşıdı. Bu üsulla ütülənən məmulat hamar və qırışsız olur. İpək məmulatlar üçün ütü altlığının temperaturu 110°C-yə qədər olmalıdır. Belə geyimlər astar hissədən ütülənməlidir, əks halda tikişlərin izi parçaya düşə bilər.
Yun məmulat yuyulub ütülənəndə sıxılır, ona görə də nəm-isti emal zamanı məmulatın üzərinə nəm parça sərilir. Ütü altlığının temperatur rejimi 150°C-yə qədər olmalıdır. Astarlı geyimlər üz hissədən nəm parça və isti ütü vasitəsilə ütülənir.
Yun parçadan olan məmulatlar ev şəraitində benzin, aseton, naşatır spirti kimi vasitələrin köməyi ilə təmizlənir. Bu vasitələrdən istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Əgər əl altında belə vasitələr yoxdursa, kimyəvi təmizləmə məntəqələrinin xidmətindən istifadə edilməlidir. İpək parçadan tikilmiş məmulatları bu vasitələrlə təmizləmək yolverilməzdir.
Pambıq və kətan parçadan hazırlanmış məmulatların əmtəə yarlığında hansı simvollar verilir? |
Pambıq və kətan parçalar üçün bəzi simvolların mənası cədvəl 2-də verilmişdir.
Cədvəl 2
Pambıq və kətan parçadan hazırlanmış geyimlərə qulluq simvolları
Simvol | Məmulata qulluq üsulları | Parçanın növü |
95° C-dən yüksək olmayan temperaturda yuyulur. | Boyamağa davamlı bütün pambıq və kətan parçalar | |
Əl ilə 40° C-dən artıq olmayan temperaturda ehtiyatla yuyulur. | Rəngi çıxan pambıq və kətan parçalar | |
Paltaryuyan maşının barabanında qurutmaq olar. | Pambıq və kətan parçalar | |
200° C-dən artıq olmayan temperaturda ütüləməli | Bütün pambıq və kətan parçalar | |
İstənilən həlledicidən istifadə edilməklə quru təmizləmə aparıla bilər. | Pambıq və kətan parçalar |