Kondisioner “soyuğa” işlədikdə buxarlandırıcı rolunda daxili (otaqda olan) istilik dəyişdiricisi, kondensator rolunda — xarici (otaq xaricində yerləşən) istilik dəyişdiricisi kimi çıxış edir. Kondisioner “istiliyə” işləyərkən istilik dəyişdiriciləri rollarını dəyişir.
Kondisionerin işləmə prinsipinin daha qısa izahı ondadır ki, burada kompressor, buxarlandırıcı, kondensator və drosselləşdirici qurğu1 mis boru kəmərləri ilə birləşir və vahid soyuducu dövrə təşkil edir. Bu dövrədə freon maye haldan qaz halına və əksinə keçməklə daim dövr edir.
Buxarlanma anında otaqda istiliyin udulması baş verir ki, bu istilik kondensator tərəfindən xaricə atılır.
Kondisioner soyutma rejimində işlədikdə buxarlandırıcının səthində kondensat2 yaranır ki, bu da şlanqla küçəyə axıdılır.
Kondensatordan sonra artıq maye vəziyyətdə olan freon boru vasitəsi ilə quruducu süzgəcə daxil olur və burada ola biləcək mexaniki çirkdən və sudan təmizlənir.
Kondisioner işləyərkən təhlükəsizlik tədbirləri |
1. Kondisionerin kabeli3 bükülməməli, dartılmamalı, sıxılmamalı və ya kondisionerin gövdəsi altında qalmamalıdır.
2. Kondisioneri elektrik kabelindən istifadə edərək yandırmayın və söndürməyin.
3. Kondisionerin havalandırma barmaqlıqlarının qarşısını tutmayın və onları bağlamayın.
Kondisioner, split, kondisiyalaşdırılma, havanın kondisiya- laşdırılması sistemi (HKS), freon (soyuducu amil), buxarlandırıcı, kondensator, kompressor, kondensasiya, drosselləşdirici qurğu, kondensat, hermetik. |
Özünüyoxlama sualları |
1 Drosselləşdirici qurğu — mayenin, qazın, buxarın təzyiqini və işlənməsini nizamlayan qurğu
2 Kondensat — buxarın maye halına keçməsi nəticəsində alınan məhsul
3 Kabel — izolyasiyalı qalın elektrik məftili