Şəkil 4. Kondisionerin daxili hissəsinin
quruluşu: 1) ön panel; 2) kobud təmizləmə
süzgəci;
3) incə təmizləmə süzgəci; 4) sərinləşdirici;
5) buxarlandırıcı; 6) üfüqi pərdələr;
7) göstərici panel; 8) şaquli pərdələr
Kondisioner necə işləyir? |
Buxarlanma zamanı hər hansı bir maye istiliyi udur. Əlinizə spirt və ya odekolon töksəniz, dərhal soyuqluq hiss edəcəksiniz. Çünki onlar buxarlanır və ovcunuzdakı istiliyi udur. Buxarın kondensasiyası zamanı isə istilik ayrılır. Məhz bu məlum prinsip hər bir kondisionerin əsas iş prinsipidir.
Kondisionerin kinematik sxeminə diqqət yetirək (şəkil 5).
Kondisioner içərisində xüsusi bir maddə — freon1 (soyuducu amil) hərəkət edən qapalı hermetik bir dövrədir.
Freon bir yerdə buxarlandıqda istiliyi udur, başqa bir yerdə kondensasiya2 olunduqda — udulmuş istiliyi buraxır. Freonun hava ilə istilik mübadiləsi hava-istilik dəyişdiriciləri vasitəsilə baş verir. Onlar mis boruları olan çarpaz, nazik alüminium lövhələrlə təchiz olunmuşdur. Freon və hava arasında istilik mübadiləsi prosesinin daha sürətlə həyata keçməsi üçün istilik dəyişdiricilərindən havaya sərinləşdiricilərin köməyi ilə yel vurulur. İstilik dəyişdiricisində baş verən proseslər uyğun olaraq, buxarlandırıcı, digəri isə kondensator adlanır.