Məişət kondisionerləri haqqında bir qədər ətraflı danışaq. Ən çox istifadə edilən kondisioner — split-sistemdir (şəkil 2).
Split (ing. split — “bölmək”) — kondisioner, havanı kondisiyalaşdırma sistemi (HKS) iki hissədən ibarətdir: xarici (kompressor1-kondensator2 qurğusu) (şəkil 2, a) və daxili (buxarlandırıcı) (şəkil 2, b). Xarici hissə kondisiyalaşdırılacaq otaqdan kənarda quraşdırılır. Daxili hissə kondisiyalaşdırılacaq otağın daxilində quraşdırılır. Hissələr bir-birinə mis borularla birləşdirilir.
Hissələrin quruluşu nədən ibarətdir? |
Şəkil 3. Kondisionerin
xarici hissə sinin qurğusu:
1) sərinləşdirici;
2) kondensator;
3) kompres sor;
4) idarəetmə lövhəsi;
5) dördyollu klapan;
6) ştuserli birləşmələr;
7) freon sisteminin filtri;
8) qoruyucu tez çıxarıl an
örtük
1 Kompressor — qazşəkilli maddələrin təzyiqini və yerdəyişməsini yüksəltmək üçün nəzərdə tutulan energetik qurğu
2 Kondensator — buxarı sıxlaşdıran qurğu