Mədəni ünsiyyətin görünən tərəfi öz adət və vərdişlərini kənara qoyub başqaları ilə sərbəst ünsiyyətə girmək bacarığıdır. Ünsiyyətdə ədəb-ərkan tərbiyəlilikdən daha dərin məna kəsb edir.
Nəzakətlilik müraciət zamanı gözlənilən ədəb və mərifətdir.
İnsanların davranış mədəniyyəti onlarda fərqli spesifik ünsiyyət bacarıqlarının olması ilə sıx bağlıdır. Bu, insanın tanış olduğu tərəfmüqabili haqqında ilkin fikirlərini dəyişə bilməsi bacarığıdır.
Əlbəttə, müsahibimizin görünüşü, davranışı, geyimi və nitq qabiliyyəti bizim onun haqqında ilk təsəvvürümüzü formalaşdırır.
Ünsiyyət qura bilmək qabiliyyətinə hər kəs malik olmur, buna baxmayaraq, sözlə necə rəftar edilməsinə biganə qalmaq olmaz.
Ucadan deyilən söz bütün zamanlarda ünsiyyət qurmaq və insanlara təsir etmək üçün böyük vasitə olmuşdur. Məhz söhbət əsnasında həmsöhbətimizi tanıyır, bizdə onun intellekti, mədəniyyəti və davranışı barədə ilkin məlumat formalaşır. İşgüzar söhbətin aparılması fərdin ünsiyyət səviyyəsinin göstəricisidir.
Mədəniyyət ocaqlarında davranış və ünsiyyət qaydaları nədən ibarətdir? |
Kitabxana, muzey və sərgi kimi maarifləndirici müəssisələrdə özünü aparmaq və ünsiyyət qurmaq qaydalarına diqqət yetirək.
Bəzən şagirdlər kitabxanada özlərini həddindən artıq səs-küylü, fəal aparırlar ki, bu da onların haqqında pis təəssürat yaradır. Amma çox vaxt belə davranış şagirdin, sadəcə, mədəniyyət ocaqlarında özünü aparmaq qaydalarını bilməməsinin nəticəsi ola bilər.
Kitabxanada davranış qaydaları: