Müəyyən edin
-
“Teatr sənəti və rəssam” mövzusunda araşdırma (fərdi və yaxud kollektiv) aparın. Rəssam və aktyor yaradıcılığının qarşılıqlı əlaqəsini, həmçinin cəmiyyətdə teatrın rolunun necə dəyişdiyini izah edin.
Yaradıcı fəaliyyət
-
Bütün siniflə birlikdə məktəbdə yaddaqalan tamaşa göstərməyə və öz dostlarınızı dəvət etməyə çalışın. Bunun üçün mövzunu seçmək və onun əsasında “Teatr və rəssam” layihəsini araşdırmaq lazımdır. Sinifdə “Quruluşçu rəssam”, “Qrim üzrə rəssam”, “Geyim üzrə rəssam” və “Aktyorlar” adlı yaradıcı qruplar yaradın. Dərslikdəki mətnin əsasında hər bir rəssamın fəaliyyəti ilə tanış olacaq və müvafiq olaraq da təklif edilən tapşırıqları yerinə yetirəcəksiniz. Hər hansı bədii əsərdən xoşunuza gələn bir fraqmenti seçin və onun əsasında öz şəxsi ssenarinizi tərtib edin.
“Quruluşçu rəssam”: üç-dörd əşyadan ibarət tamaşa yeri yaradın - stol, stul, kətil və s. Eyni əşyalardan müxtəlif məkanlar - hazırlanacaq tamaşanın eskizi və maketi yaradıla bilər. Dekorasiya elementləri - dəzgahlar, arakəsmələr, nərdivanlar, yastıqlar və s. məktəb tamaşasında istifadə edilə bilər. Səhnə üçün dekorasiya, afişa, proqram, buklet və s. hazırlayın.
“Qrim üzrə rəssam”: tamaşada iştirak edən hər obraz üçün qrim düşünün. Aktyorların üzünü rəngin, plastik və tüklü yapışqanın, parikin, saç düzümünün və s.-nin köməyi ilə dəyişin. Qrimin xarakteri tamaşaya yazılmış mətnin bədii xüsusiyyətlərindən, aktyorun fikrindən, rejissor konsepsiyasından və tamaşanın tərtibat üslubundan asılıdır. Hazırlanan tamaşanın personajlarının qrim və saç düzümü variantlarını (kompüter vasitəsilə də ola bilər) yaradın.
“Geyim üzrə rəssam”: səhnə geyiminin xüsusiyyətləri nəzərə alınmaqla personajların geyim eskizlərini hazırlayın. Tamaşanın geyim və səhnəqra- fiyasının vahid üslubuna nail olmaq - işin uğur meyarı sayılır. Geyimləri kağızdan, parçadan, yaxud əl altında olan artıq kostyum materiallarından hazırlamaq olar.
“Aktyorlar”: ssenari və rollar ilə tanış olun, obraza girin və öz “rolunuzu” yerinə yetirin.
- “Teatr və rəssam” layihəsi çərçivəsində rejissor, aktyorlar və rəssamların işinin nəticəsinin sərgi formasında təqdimatını keçirin.
Özünüzü yoxlayın
-
Teatrda rəssamın əsas vəzifələri nədən ibarətdir?
-
Səhnəqrafiyanın rəngkarlıqdan əsas fərqi nədir?